Elektrik

İşin təsviri

AZAQROTAXIL MMC “Elektrik” vakansiyası elan edir.

İşçiyə qoyulan tələblər:

• Təhsili: Texniki təhsil;
• Dil bilikləri: Azərbaycan, Rus (arzu olunandı);
• Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
• Etik davranış qaydalarına sahib olmalı
• Diqqətli, məsuliyyətli və cəld
• Komandada işləmək bacarığı
• Gülərüzlü və hörmətcil olmalı

Vəzifə öhdəlikləri:

• Sistemin fasiləsiz işini təmin etmək üçün elektriklə bağlı problemlərin həll edilməsi;
• Perodik plan əsasında texniki baxışların aparılması.
• Köhnə kabellərin dəyişdirilməsi:
• Elektrik şitinin yığılması, yarımstansiyada işləmək.
• Generatorun qoşulması:
• Elektrik mühərriklərinin, transformatorların, generatorların, dövrələrin, naqillərin və digər elektrik avadanlıqlarının və komponentlərinin elektrik qurğuları üzrə qaydalara, normalara və standartlara uyğun quraşdırılması və təmiri
• Elektriklə bağlı nasazlıqların yerini və növünü müəyyən etmək üçün elektrik sınaq avadanlıqlarının istismarı;
• Müdiriyyətin digər tapşırıqları:

İş şərtləri:

• Ərazi – Ağcabədi rayonu
• Stabil iş
• AR ƏM əsasən rəsmiləşdirmə
• Əmək haqqı 700-1000 AZN
• İcbari sığorta
• İş vaxtı: 9.00 – 18.00 (bazar ertəsi – cümə)
• İstirahət günləri: şənbə, bazar, bayram günləri

Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, Elektrik qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.