AZ Aqro Taxıl MMC


“AzAgro” MMC, 2008-ci ildə təsis edilmişdir və 2010-cu ildən etibarən “Synergy Group” MMC-nin törəmə müəssisəsi olaraq fəaliyyət istiqamətini istixana şəraitində kənd təsərrüfatı məhsullarının istehsalının təşkilinə yönəltmişdir. “AzAgro” MMC Azərbaycanda ilk dəfə kənd təsərrüfatı sahəsində innovativ üsulların tətbiqi, müasir tələblərə cavab verən texnologiya əsasında mərkəzləşdirilmiş kompüter bazasında əkinin idarə edilməsi sistemini həyata keçirməkdədir.

"AzAgro" MMC istixana təsərrüfatları 2012-ci ilin sentyabr ayından etibarən 1 hektar ərazidə damla suvarma texnologiyası ilə qızılgülün yetişdirilməsinə başlamışdır.

İstixana ən müasir tələblərə cavab verən və tam sənaye səviyyəsində avadanlıqla təchiz olunmuş müəssisədir. Güllər tam torpaqsız mühitdə, xüsusi mineral substratlarda yetişdirilir. Suvarma, isitmə, havalandırma, iqlimin nizamlanması, pərdələmə, soyutma və s. proseslər tam avtomatlaşdırılmış şəraitdə və kompüter proqramları ilə idarə olunur. Əlimizdə olan texniki vasitələr beynəlxalq standartlara tam uyğun səviyyədə məhsulların yetişdirilməsinə imkan verir. 

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?