Əməliyyatlar üzrə Menecer

  • Sushi Master
  • Elanın qoyulma tarixi: 22.10.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Dünyanın 144 şəhərində 320-dən çox restoranı ilə tanınan Yapon və Pan-Asia mətbəxlərinin beynəlxalq şəbəkəsi və hazırda Azərbaycanda ilk fəaliyyət göstərən restoranı, təcrübəli Əməliyyatlar üzrə Menecer axtarır.

Tələblər:

• Ali Təhsil;
• Yapon və Pan-Asiya mətbəxləri üzrə biliklər;
• Restoran əməliyyatlarının idarə edilməsində minimum 3 illik iş təcrübəsi;
• Rus və İngilis dillərində sərbəst danışıq qabiliyyəti;
• Tabeçiliyində olan işçilərin işinə nəzarət etmək bacarığı;
• Tabeçiliyində olan işçilərə təlimatların verilməsi/təlimatlandırma bacarığı;
• Xidmət tələb edən müştərilərlə yaxşı əlaqə qurma bacarığı;
• Müstəqil işləmək bacarığı;
• Mürəkkəb məsələləri həll etmək bacarığı;
• Rabitə və texnologiyalar üzrə biliklər;
• Əla ünsiyyət bacarıqları;

Öhdəliklər:

• Restoranların, çatdırılmaların və zəng mərkəzlərinin iş fəaliyyətinə görə ümumi məsuliyyət;
• Restoranda ehtiyat səviyyələrini yoxlamaq, balanslaşdırmaq, idarə etmək və müvafiq olaraq tədarükləri sifariş etmək;
• Bütün detalların gigiyena, görüntü, sağlamlıq və təhlükəsizlik, ən əsası qida keyfiyyəti və müştəri xidmətləri daxil olmaqla şirkətin müəyyən etdiyi standartlara uyğun qurulmasını təmin etmək;
• Restoranda satış səviyyəsini, gəlirlərin təhlili və planlaşdırmanı həyata keçirmək;
• Hesabatların hazırlanması və maliyyə şöbəsi ilə əməkdaşlıq;
• Satışın artırılması və marketinq fəaliyyətinin dəstəklənməsi üçün marketinq şöbəsi ilə əməkdaşlıq;
• Kadrlar səviyyəsinin inkişafı üzrə kadrlar şöbəsi ilə əməkdaşlıq;
• İşçilərin təyin edilməsi, təlimi və iş cədvəllərinin müəyyənləşdirilməsi;
• Müştəri şikayətlərinə baxılması, müştəri məmnuniyyətini təmin etmək üçün lazımi tədbirlərin həyata keçirilməsi;
• Beynəlxalq ofis tərəfindən təqdim olunan sistemlərdən istifadə edilməsi və lazım olduqda əlaqə saxlanılması.

İş Şərtləri

• Ə/H 1500 AZN;
• Şirkət artımı ilə artan baza əmək haqqı;
• 6 günlük iş həftəsi;
• Şəxsi avtomobil olan kandidatlara üstünlük veriləcək;
• Rabitə xərcləri şirkət tərəfindən ödənilir;
• Nəqliyyat xərcləri şirkət tərəfindən ödənilir;
• İş yeri şəhərin mərkəzində yerləşir;
• İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir.

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Əməliyyatlar üzrə Menecer” mövzusu altında [email protected] elekton ünvanına göndərə bilərlər.

Sushi Master tərəfindən digər vakansiyalar