Texnoloq

  • Elanın qoyulma tarixi: 21.10.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Bakı şəhəri, Ulduz Şokolad Fabriki
İş təcrübəsi: Minimum 3 il qida mühəndisliyi sahəsində iş təcrübəsi (Qənnadı məhsullarının istehsalı sahəsində)
Təhsil: Ali təhsil (Kimya və qida mühəndisliyi üzrə)
Yaş həddi: 22-40

İşin Təsviri: Məhsul resepturasına və keyfiyyət göstəricilərinə standartlarına uyğun olaraq qənnatı məhsullarının istehsalının həyata keçirilməsini təmin etmək.

Vəzifə öhdəlikləri:

- Texnoloji avadanlığın istismar edilməsi şərtlərinə nəzarət etmək;
- İstehsalatda hazırlanan məmulatların qida standartlarına və reseptlərə uyğun hazırlanmasına nəzarət etmək;
- Gigiyena qaydalarına əməl etmək, qida analizlərinin mütəmadi aparılmasını təşkil etmək;
- Yeni növ məhsulların yaradılmasında və istehsala tətbiqində iştirak etmək;
- İstehsalata gələn xammaldan hazırlanmış məhsullardan nümunə götürərək analizlər aparmaq;
- İstehsal zamanı ortaya çıxan problemləri həll etmək, fəaliyyətlərin fasiləsiz davam etməsini təmin etmək;
- Qida məhsullarının saxlanıldığı anbarın və istehsalatın təşkil edildiyi xammalın təmiz saxlanılmasına nəzarət etmək;
- Məhsul hazırlanmadan öncə və sonra keyfiyyət göstəricilərinin standartlara uyğunluğunu yoxlamaq;
- Alınan nəticələri sənədləşdirib tərtib etmək;
- Sahələr üzrə "Texnoloji prosesə nəzarət kartları"nın aparılmasını və məlumatların aidiyyatı struktur bölmələrinə çatdırılmasını təmin etmək;
- İş prosesi zamanı yarana biləcək problemləri tez bir zamanda aradan qaldırmaq.

Tələblər:

- Komandada işləmə bacarığı;
- MS Office (Word, Excel, Outlook) proqramlarında istifadə etmək bacarığı;
- Laboratoriya cihazları ilə işləmə və onları tənzimləmə bacarığı;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Qida təhlükəsizliyi və keyfiyyət sistemlərindən (ISO 9001/22000) məlumatlı olmaq.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- Servis xidməti
- Nahar ilə təmin edilmə

İş qrafiki: 6 günlük

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Texnoloq” yazmaqla CV göndərərək müraciət edilir.