Hüquqşünas

  • Araz Supermarket
  • Elanın qoyulma tarixi: 19.10.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Araz Supermarketlər Şəbəkəsi Hüquqşünas vakansiyası üzrə işə qəbul elan edir!

İş yeri: Bakı

Vəzifə öhdəlikləri:

- Müqavilələrin hazırlanması;
- Hüquqi sənədlərin tərtib edilməsi;
- Qarşı tərəfin təqdim etdiyi müqavilələrin onun qanunvericiliyin və Cəmiyyətin maraqlarına uyğunluğunu yoxlamaq;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
- Müqavilələrin sistemləşdirilməsi işinin təşkilinə yardım və bununla bağlı birbaşa rəhbərin tapşırıqlarının yerinə yetirilməsi.

Tələblər:

- Hüquq üzrə ali təhsil (magistr dərəcəsi olanlara üstünlük veriləcək);
- Hüquq sahəsində 1 ildən az almayaraq iş təcrübəsi;
- Namizəd AR-nın mülki qanunvericiliyini (xüsusilə öhdəliklər, əqdlər, françayzinq, ipoteka, icarə, lisenziya və s. daxil olmaqla), mülki və inzibati prosessual qanunvericiliyini mükəmməl bilməlidir;
- Orta səviyyədə ingilis və rus dili biliyi arzuolunandır;
- Məsuliyyət, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
- Dürüst və vicdanlı olmalı, məntiq və hüquqi analiz qabiliyyətinin yüksək olmalıdır;
- Yazı və nitq (natiqlik) qabiliyyətinin yüksək olmalıdır.

Təminatlar:

- Nahar ilə təmin edilmə;
- Servis xidməti;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki.

Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Hüquqşünas” adını mövzu hissədə qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi