Təmir-tikinti işləri üzrə Mühəndis

İşin təsviri

Crocus Construction” MMC Təmir-tikinti işləri üzrə Mühəndis vakansiyasını elan edir:

Vəzifə öhdəlikləri:

- İnşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət etmək;
- Təmir-tikinti işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nail olmaq;
- Təmir-tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
- Tələb olunan bütün materialları, avadanlıqları yığmaq və onların müvafiq məqsədə uyğunluğunu yoxlamaq;
- Təmir-tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət etmək;
- İşçi briqadalarının iş bölgülərini təyin etmək, onların istehsalat tapşırıqlarını vermək;
- İşlərə mühəndislik baxımından rəhbərlik etmək.

Namizədə tələblər:

- Təhsil - Ali təhsil (müvafiq sahədə)
- 5-ildən artıq mühəndis vəzifəsində iş təcrübəsi
- Kompüter bilikləri - MS office, Word, Excell, AutoCad
- Dil bilikləri - Azərbaycan, Rus
- Komandada işləmək bacarığı

İş yeri:

- Nardaran qəsəbəsi, Dəmiryolçular küçəsi.
- Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.

İş vaxtı: I-VI günlər 

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti elektron ünvana CV göndərə bilərlər: [email protected]