Texniki ofis mühəndisi

İşin təsviri

Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASCTexniki ofis mühəndisi tələb olunur.

Tələblər:

- Ali təhsil (Mülki inşaat , inşaat mühəndisliyi sahələri üzrə);
- Yaş həddi 40 yaşadək;
- Texniki şöbədə 3 ildən az olmayan iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan və rus dilləri (yazılı və şifahi sərbəst ünsiyyət), İngilis dili (upper intermediate);
- Tikinti sahəsi üzrə normativ sənədlər və texnologiyalar üzrə müvafiq biliklərə malik olmaq;
- Müstəqil iş bacarığı,işində məsuliyyətlilik
- Yaxşı ünsiyyət qura bilmək bacarığı,analitik qabiliyyət;
- Kompüter bilikləri: MS Office proqramları və AutoCad;
- Ezamiyyətlərə hazırlıqlı olması

İşin təsviri:

- Tikinti sahəsi üzrə texniki sənədləşməniin əldə edilməsində iştirak etmək,obyektlərin layihələndirilməsi üçün ilkin məlumatların hazırlanması,layihələndirmə üzrə tapşırıqların tərtib edilməsi
- Layihə sənədlərinə,tikinti norma və qaydalarına,texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi.
- Layihə üzrə görulən işlərin iş planının hazırlanması,layihə işləri üzrə tapşırıqların icrası haqqında hesabatların tərtib edilməsi.
- Tikinti sahəsi üzrə Forma 2, Forma 3 və Forma M-29 tərtibatı
- Tikintisi başa çatmış sahələr üzrə xərclərin silinməsi üçün mühasibatlığa lazımı sənədlərin təqdim edilməsi.

İş qrafiki:

- Bazar ertəsi – Şənbə:
- Nahar şirkət tərəfindən təmin olunur

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi [email protected] elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz (texniki ofis mühəndisi) vakansiyanın adını qeyd edəsiniz.

Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC tərəfindən digər vakansiyalar