OOH media mütəxəssisi

  • Poster
  • Elanın qoyulma tarixi: 11.10.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Poster Azərbaycanın tanınmış OOH (çöl) reklamı agentliklərindən biridir. Agentliyə müştəri xidmətləri üzrə 22-27 yaşlı, öyrənmək istəyən, özünə stabil iş axtaran yeni gənc mütəxəssis tələb olunur.  

Tələblər

  • Azərbaycan və rus dilini mükəmməl səviyyədə bilmək.
  • İstər e-mail vasitəsilə, istərsə də şifahi yaxşı kommunikasiya qura bilmək bacarığı.
  • Microsoft Office (Excel, PowerPoint, Word, Outlook) proqramları ilə iş
  • Marketinq və reklam sahəsində geniş dünyagörüşü
  • Riyaziyyatı və məntiqi yaxşı bilmək

 

Görüləcək işlər:

  • Şirkətin müştəriləri ilə əlaqə (e-mail və telefonla), onların istəklərinin müəyyən olunması
  • Müştərilərə reklam yerləşdirmək üçün yeni zonaların və reklam imkanlarının göndərilməsi
  • Müştərinin çöl reklamlarına aid sorğularının təmin edilməsi
  • Agentliyin inventarının (skrollerlər, billbordlar, video-monitorlar, laytbokslar və s.) müştərilərə təklif olunması

Detallar:

  • İş-vaxtı: 10.00-18.00, I–V günlər.
  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə
  • Şəhərin mərkəzində, Axundov bağının yaxınlığında iş yeri
  • Gülərüz kollektiv
  • Əmək haqqı: 400-500 AZN.

Maraqlanan şəxslər öz CV-lərini hr@poster.az  ünvanına “OOH specialist” başlığı ilə göndərə bilər.