Mebel ustası

İşin təsviri

“ATEF ŞİRKƏTLƏR QRUPU” MMC

Mebel ustası” vəzifəsinə vakansiya elan edir.

Əmək haqqı: Müsahibədən sonra müəyyənləşdiriləcəkdir.

İş şəraiti

• İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi,
• 6 günlük iş həftəsi,
• Nahar fasiləsi: 12:00-13:00,
• Nahar müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat

• Ağacı dəzgah vasitəsilə kəsmək, yonmaq, yığmaq, düzəltmək və tələb olunan formaya salmaq;
• Dəzgahda konstruksiyaların ağac elementlərinin və digər ağac məmulatının düzəldilməsi, modifikasiyası və təmirini həyata keçirmək;
• Qapılar, qapı və pəncərə çərçivələri, örtük, panellər kimi daxili və xarici elementlərin uyğunlaşdırılması, yığılması və dəyişdirilməsini təmin etmək;
• Dəzgahda ağac detalların kəsilməsi, yonulması, uyğunlaşdırılması və yığılmasını həyata keçirmək;

Tələblər:

• Ali və ya texniki təhsilli;
• Mebel və ağac emalı (Ağac, MDF və DSP və s. materiallardan istifadə olunur) sahəsində minimum iş təcrübəsi 3 il;
• Avropəncərə istehsalı və boyama ilə bağlı biliklərinin olması;
• Ağac emalının texnologiyasını bilməlidir;
• Dəzgahların və kəsici alətlərin iş prinsipini bilməlidir;
• Yaş həddi 30-50;
• Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı;
• Тexniki sənədlərin oxunmasını bacarmalıdır;

Namizədin şəxsi keyfiyyətləri:

• Fikrini izah etmək qabiliyyəti;
• Ezamiyyə imkanları;
• Ünsiyyət yaratmaq bacarığı;
• İşə planlı yanaşması;
• Fəal olması və komandada işləmək bacarığı.

Bu vəzifəyə müraciət etmək üçün CV-ni [email protected] ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Mebel ustası” Mövzu bölməsində göstərin.

Son müraciət tarixi: 15.10.2020.