Smeta üzrə mühəndis

  • Melissa Group
  • Elanın qoyulma tarixi: 20.09.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Melissa Group” - yaşayış komplekslərinin inşasını həyata keçirən Azərbaycanın ən proqressiv tikinti şirkətlərindən biridir. Bizimlə birlikdə çalışmaq istəyirsinizsə, sizi komandamıza dəvət edirik. Elan etdiyimiz vakansiya “smeta üzrə mühəndis” vakansiyasıdır

Vəzifə öhdəlikləri:

• Tikinti üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında smetaların tərtib edilməsi;
• Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işlənib hazırlanması;
• İnşa olunacaq obyektlər üzrə komplektləşdirilmiş layihə-smeta sənədlərinin olmasını və onların, təyinatına əsasən, tikinti-quraşdırma işlərinin icrası üçün verilməsinin təmin edilməsi;
• Obyektlərin layihələndirilməsi üçün, layihə təşkilatları ilə birlikdə titul siyahılarını işləyib hazırlanması;
• Tikintidə istifadə olunan materialların smeta və norma sənədlərində spesifikasiyası üzrə adlandırılmasını, anbar və mühasibat uçotunda eyniadlı material lüğətindən istifadəni təşkil etmək;
• Tikintidə istifadə olunan materialların təyinatı üzrə klasifikasiya və nomenklatura qrupıaşmalarını yaratmaq.

Bilməlidir:

• Azərbaycan Respublikasının ərazisində mövcud tikinti norma və qaydaları, eləcə də, müvafiq normativ hüquqi aktlarını;
• Layihə-smeta sənədlərinin işlənib hazırlanmasının təşkilini, onların razılaşdırma və təsdiq etmə qaydalarını;
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.

Vəzifəyə dair tələblər:
• Müvafiq sahədə 5 ildən az olmayan iş təcrübəsi;
• İnşaat mühəndisliyi üzrə ali təhsil;
• Eskiz və işçi layihəni oxuma bacarığı;
• Kompyuter biliyi: yüksək səviyyədə MS Excel, AutoCad biliyi, internetdə işləmək bacarığı;
• Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verilməsi;
• Müstəqil və ya komanda daxilində işləmək bacarığı;
• Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı.

Digər məlumat:

• Altıgünlük iş qrafiki.
• Əmək haqqı: Namizsədin bilik və bacarıqlarından asılı olaraq, təxmini 1300-1500 AZN məbləğində müəyyən olunur.
• Cinsi : Kişi
• Yaşı : 28-50
• Dil biliyi : Azərbaycan, Rus

CV-lərinizi [email protected] ünvanına "Smeta üzrə mühəndis" başlığı ilə göndərməyiniz və ya https://melissapark.az/ vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi