Çağrı mərkəzi üzrə kiçik mütəxəssis
Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital MMC Çağrı mərkəzi üzrə kiçik mütəxəssis vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
• Müştəri məmnuniyyəti ilə bağlı müştərilərə zənglərin edilməsi və zənglərin cavablandırılması
• Bank məhsulları barədə müştərilərə məlumat vermək
• Müştərilərin problemlərini araşdırmaq və lazımi tədbirləri təmin etmək
• Daxil olan sorğuları qəbul etmək, müvafiq şəxslərə yönləndirmək və qeydiyyatını aparmaq
İş qrafiki:
• Bazarertəsi – Cümə: 10:00 – 19:00
• Şənbə: 10:00 – 14:00
• Əmək haqqı: 300-400 AZN
• Əlverişli iş mühitində çalışmaq imkanı
• Karyera və inkişaf perspektivləri
Namizəddə tələblər:
• 21 - 29 yaş
• Azərbaycan dili və rus dilini əla səviyyədə bilmək
• Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı
• Səlis və aydın nitq qabiliyyəti
• Çevik qərar vermə
• MS Office proqramları bilikləri
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Çağrı mərkəzi üzrə kiçik mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.