Təlimçi

  • Gravity Inc
  • Elanın qoyulma tarixi: 20.09.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Aşpaz (Milli Kulinariya) peşəsinin təlim materiallarının hazırlanması və tədrisi üzrə təlimçilər axtarılır.

İş tələbləri:

- Müvafiq peşə üzrə beynəlxalq standartların araşdırılması və müəyyənləşdirilməsi;
- Tədris proqramının işlənilməsi;
- Təlim mövzularının müəyyənləşdirilməsi;
- Təlim mövzuları üzrə təlim materiallarının hazırlanması;
- Hazırlanmış təlim materiallarından video təlim materiallarının hazırlanması üçün video çəkilişlərdə təlimçi kimi iştirak etmək.

Namizəddən tələblər:

- Tədris - metodik materialların və proqramların hazırlanması üzrə təcrübə;
- Araşdırma və tətbiqetmə bacarıqları;
- Qrammatik cəhətdən düzgün nitq və danışıq qabiliyyətinin olması;

İş müddəti:

- 2 ay (1 ay təlim materiallarının hazırlanması, 1 ay video çəkilişlər)

Mövcud vakansiya ilə maraqlanan şəxslər mövzu hissəsində “Təlimçi” qeyd etməklə [email protected] e-poçt ünvanına öz CV-lərini və portfoliosu barədə qısa məlumat göndərə bilərlər.