Marketinq meneceri

  • Super Toys
  • Elanın qoyulma tarixi: 17.09.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkətimiz SuperToys.az oyuncaq aləmi olaraq, hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir. Supertoys mağazaları 2017-ci ildən etibarən Azərbaycanda oyuncaq bazarında tək rəsmi diler olaraq fəaliyyət göstərir.

Vəzifə : Marketinq meneceri
İş yeri : Əhməd Rəcəbli 156 ( Aynalı Plaza) yerləşir.
İş rejimi : Həftədə 5 gün
Əmək haqqı – 1000 – 1200 azn

Vəzifə öhdəlikləri:

● Mövcud və gələcək məhsul və xidmətlərə qarşı bazar tələblərinin müəyyənləşdirilməsini təşkil edərək, şirkətin bazarda təqdim etdiyi xidmətlər üzrə sosial media fəaliyyətlərini koordinasiya etmək;
● Şirkətin rəqəmsal marketinq fəaliyyətlərinin icrasını təmin etmək;
● Razılaşdırılmış büdcə çərçivəsində marketinq fəaliyyətini həyata keçirmək;
● Müştərilərin tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizini hazırlamaq;
● Rəqabət analizi və təhlillərin aparılmasında iştirak etmək;
● Müştəri bazası, məhsul və xidmətlərin analiz prosesində iştirak edərək, reklamların sifarişə və hazırlanmasına nəzarət etmək;
● Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələri təşkil və həyata keçirmək;
● Anket sorğularının, müsahibələrin planlaşdırılması və yerinə yetirilməsini təşkil etmək;
● Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək;
● Şirkətin strateji marketinq planının icrasını həyata keçirərək, tabeliyində olan komandanı idarə etmək;
● Marketinq kommunikasiya kanalları ilə işləmə bacarığı;

Namizədə Tələblər:

● Ali təhsil (Marketinq və ya Biznes Menecment sahəsində üstünlükdür);
● Marketinq sahəsində minimum 3 il iş təcrübəsi mütləqdir;
● Azərbaycan dili - yüksək, İngilis və rus dilləri arzuolunandır;
● Yüksək analitik qabiliyyət, ünsiyyət və təqdim etmə bacarıqları;
● Dürüslük, məsuliyyətlilik,çeviklik, idarəetmə bacarığı
● Məqsədyönlülük, təşəbbüskarlıq, yenilikçilik, kreativlik
● Komandada işləmə və komandanı idarəetmə

Komandamızda olmaq istəyən maraqlı olan namizədlərdən vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “ Marketinq meneceri” qeyd etməklə ([email protected][email protected] ) ünvanlarına göndərə bilərlər.