Kredit Risklərinin modelləşdirilməsi şöbəsində Mütəxəssis və Aparıcı Mütəxəssis

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 15.09.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Ümumi məlumat

Kapital Bank namizədləri Risklərin İdarə Edilməsi Departamentinin Kredit Risklərinin modelləşdirilməsi şöbəsində Mütəxəssis və Aparıcı Mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

• Statistik modellərin (kreditlərin verilməsi, müştərilərin seqmentləşdirilməsi və təqibi, müştəri davranışı əsasında kredit limitləri və s.) hazırlanmasında iştirak etmək;
• Modellər üçün məlumatların əldə olunması və emal olunması;
• Modellərin bank əməliyyat sistemlərinə tətbiq olunması və sonradan düzəlişlərin edilməsi;
• Tətbiq olunmuş modellər və məlumat bazaları üzrə monitorinqlərin aparılması;
• Aşkarlanan kənarlaşmaların səbəblərinin araşdırılması;
• Modellər üzrə hesabatların hazırlanması;

Tələblər:

• Ali təhsil (Bakalavr);
• İqtisadi və ya kompüter elmləri sahəsi üzrə ixtisas;
• Statistik proqramlaşma dillərində (Python, R, SAS) işləmə qabiliyyəti;
• Statistik modelləşmə / maşın öyrənməsi / məlumatların əldə olunması (data mining) ilə bağlı anlayışın olması;
• İri həcmli məlumat bazası ilə işləmək bacarığı (SQL, NoSQL, Hadoop);
• Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
• Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyəti;
• Yüksək ünsiyyətqurma qabiliyyəti;

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

İşəgötürənin reytinqi