Əməliyyatçı-kassir

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

• Müştərilərə bankın məhsul və xidmətləri haqda ətraflı və dolğun məlumat və məsləhətlər vermək;
• Əmanət hesabları üzrə faizlərin və əmanətin ödənilməsini həyata keçirmək;
• Fiziki və hüquqi şəxslərə cari hesablar açmaq, aparmaq və bağlamaq;
• Pul vəsaitlərinin nağdsız qaydada hesablara daxil edilməsini və silinməsini həyata keçirmək;
• Əmanət, bank kartları, bank metalları, pul köçürmələri və bank seyfi üzrə əməliyyatlar aparmaq;
• Aparılan əməliyyatlar üzrə müxabirləşmələri həyata keçirmək;
• Müştərilərin sorğuları üzrə müxtəlif məzmunda (məs, hesabda olan qalıq, hesabın mövcudluğu, dövriyyə və s.) arayışları hazırlamaq;
• Bank tariflərinə uyğun olaraq müştərilərdən komisyon haqlarını tutmaq;
• Nəğd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
• Qaydalara uyğun valyuta mübadiləsini həyata keçirmək.

Namizədə qarşı tələblər:

• Təhsil: (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
• İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 1 il;
• Dil bilikləri: Azərbaycan dili əla, Rus dili arzuolunandır;
• Riyazi hesablama aparmaq qabiliyyəti;
• Dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma;
• Yüksək ünsiyyət bacarığı;
• Əzmkarlıq, düzgünlük, çalışqanlıq;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 28 sentyabr 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Əməliyyatçı-kassir” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi