İnvestisiyaların idarə olunması xidmətinin rəhbəri

  • PAŞA Sığorta
  • Elanın qoyulma tarixi: 13.09.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

PAŞA Sığorta” ASC namizədləri “İnvestisiyaların idarə olunması xidmətinin rəhbəri” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Potensial investisiya imkanlarını, yeni maliyyə alətlərini təhlil edərək investisiya gəlirlərinin maksimallaşdırılması və portfel risklərinin azaldılması istiqamətində işlərin aparılması;
• İnvestisiya portfelinin periodik təhlillərinin aparılması və təhlil nəticələri barədə rəhbərliyin məlumatlandırılması;
• Pul vəsaitlərinin hərəkətini, debitor və kreditor borclarını izləyərək Şirkətin üzləşə biləcəyi valyuta risklərinin müəyyənləşdirilməsi və riskləri önləyici tədbirlərin görülməsi;
• Likvidlik risklərinin qarşısının alınması üçün gözlənilən ödənişlərə (sığorta, təkrarsığorta, inzibati xərclər) nəzarət və potensial likvidlik ehtiyaclarını və artıqlığını müəyyənləşdirərək lazımi tədbirlərin görülməsi;
• Potensial kredit risklərinin müəyyənləşdirilməsi üçün məlumat və hesabatların toplanması və maliyyə təhlillərinin aparılması;
• İnvestisiyaların idarəolunması xidmətinin fəaliyyəti, investisiya büdcəsinin icrası, yeni investisiya imkanlarının və mövcud investisiyaların təhlil nəticələri barədə hesabatların və təqdimatların hazırlanması;
• İnvestisiya fəaliyyətini əks etdirən məlumatların proqram təminatlarında doğru və tam şəkildə əks olunmasına nəzarət;
• Vəsaitlərdən istifadənin səmərəliliyinin artırılması üçün banklarda mövcud vəsaitlərə, faiz gəlirləri üzrə debitor borcların vaxtında və düzgün ödənilməsinə nəzarət, investisiya gəlirinin maksimallaşdırılması istiqamətində işlərin aparılması;
• İnvestisiya fəaliyyəti ilə bağlı müqavilələrin Şirkət mənafeyinə uyğun şəkildə, investisiya qərarlarına uyğun şəkildə tərtib olunmasına və gecikməsiz imzalanmasına nəzarət;
• Şirkətin investisiya portfelinə nəzarət , banklar üzrə anderraytinq və investisiya gəlirlərini təhlil edərək gəlirliliyin artırılması üzrə təşəbbüslərlə çıxış etmək;
• Fəaliyyət istiqaməti üzrə qayda və prosedurların hazırlanması, təkmilləşdirilməsi istiqamətində işlərin aparılması;
• İnvestisiya fəaliyyəti ilə bağlı sistematik təhlil və hesabatlılıq sisteminin formalaşdırılmasında iştirak; Aktiv və passivlərin idarəedilməsi üzrə yeni təkliflərlə çıxış etmək;
• Yeni maliyyə alətlərini təhlil edərək investisiya imkanları barədə təşəbbüslərlə çıxış etmək;
• Birbaşa rəhbər tərəfindən verilmiş digər tapşırıqların (maliyyə təhlilləri, müxtəlif məlumatların toplanılması və s.) yerinə yetirilməsi.

Biliklər:

• Maliyyə istiqamətində ali təhsil;
• Ümumi qəbul olunmuş mühasibat prinsipləri və qaydaları, beynəlxalq maliyyə menecmenti və iqtisadi prinsiplər üzrə nəzəri biliklər;
• Kompyuter bilikləri: MS Office ilə qabaqcıl istifadə bacarıqları;
• Dil bilikləri: Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı, işgüzar ingilis dilinin qabaqcıl səviyyəsi.

Təcrübə:

• Bu sahə üzrə minimum 3-5 il iş təcrübəsi.

Bacarıqlar:

• Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
• Dəqiqlik, diqqətlilik;
• Planlama və təşkilatçılıq qabiliyyəti;
• Məntiqi və analitik düşünmə tərzi;
• Təşəbbüskarlıq.

Son müraciət tarixi: 30 sentyabr, 2020.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.