Satınalma üzrə mütəxəssis

İşin təsviri

Satınalma üzrə mütəxəssis

İş yeri: Oğuz, Oğuz Qarğıdalı Emalı Məhsulları Kompleksi

İş vaxtı: I - V günlər 09:00 - 18:00

Əmək haqqı: 800 NET (başlanğıc)

Tabeçilik: Satınalma və Logistika departamentinin müdiri

İşin təsviri:

− Tələbnamələrə əsasən yerli və xarici bazarın araşdırılması;
− Bazar qiymətlərinin araşdırılması və müqayisə olunması;
− Müqavilələrin bağlanılması;
− Sifarişlərin yerləşdirilməsi və onların izlənilməsi;
− Malların və xidmətlərin vaxtında çatdırılması;
− Hesabatların hazırlanılması və birbaşa rəhbərə təqdim edilməsi;
− İşlərin planlaşdırılması və analizi;

Namizədə dair tələblər:

− Ali təhsil (İqtisadiyyat və Texniki təhsili olan namizədlərə üstünlük veriləcək);
− Şəxsi avtomobil
− Təchizat sahəsində minimum 2 il iş təcrübəsi;
− MS Office proqramları üzrə bilik;
− Bazarı təhlil etmə bacarığı;
− Alqı - satqı müqavilələrinin tərtibatı haqda ümumi anlayış;
− Azərbaycan dilində səliş danışıq (Rus və İngilis dili bilən namizədlər arzuolunandır);
− Ödəniş və təchizat proses və prosedurlarına dair bilik;
− Hesabat vermə və təqdimat etmə bacarığı;
− Logistika sahəsində minimum anlayış.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV - lərini 01.10.2020 - ci il tarixinədək [email protected] ünvanına göndərə bilərlər.
(CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq)