Mağaza meneceri assistenti

İşin təsviri

Novco Şirkətlər Qrupu 1994-cü ildən fəaliyyətə başlayaraq Azərbaycanda Fashion Retail sahəsində nüfuzu ilə seçilən ilk şirkətlərdən biridir. Şirkətimiz Tommy Hilfiger, Calvin Klein, Lacoste, Coccinelle, Coast, Bebe, Adidas, Monnalisa, Pablosky, Monsoon, Accessorize, United Colors of Benetton, Sisley və s. dünyanın tanınmış geyim və aksesuar brendlərini Azərbaycanda təmsil edir.

Vəzifə: Mağaza meneceri assistenti

Vəzifə öhdəlikləri:

- Mağaza menecerinə idarəetmədə kömək etmək
- Mağaza assortimentinə məxsus istənilən məhsulu təqdim etmək
- Satış texnologiyasına uyğun müştərilərə xidmət etmək
- Məhsulun xüsusiyyətləri, onun istifadəsi və qulluğu haqqında alıcılara məlumat vermək

Tələblər:

- Moda və satış sahəsində əlaqəli iş təcrübəsi
- Satış texnikası
- İdarəçilik qabiliyyəti
- Vaxtın idarə edilməsi
- Analitik düşüncəli
- Rus dili biliyi, İngilis dili biliyi arzuolunandır

Əmək şəraiti:

- 2 növbədən ibarət olmaqla 8 saatlıq iş qrafiki
- Nahar Şirkət tərəfindən ödənilir
- Sənədləşmə, Əmək məzuniyyəti və s. prosedurlar Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir

Vakansiyaya uyğun olan namizədlər CV-lərini [email protected] ünvanına mövzu yerində “Mağaza meneceri assistenti” yazaraq göndərə bilərlər.

İşəgötürənin reytinqi