Anbardar köməkçisi

İşin təsviri

AVROMAK MMC “Anbardar köməkçisi” vakansiyası elan edir.

İşçiyə qoyulan tələblər:

• Yaş həddi : 30 – 45;
• İş təcrübəsi: 2 ildən 3 ilə qədər;
• MS Office (Exel, Word) proqramlarını bilməli;
• Komandada işləmə bacarığı;
• Nizam - intizamlı, məsuliyyətli, stressə davamlı olmaq;

Vəzifə öhdəlikləri:

• Malların qəbulu və ixracını təmin etmək;
• Anbara verilən sorğuları vaxtı-vaxtında və tam şəkildə cavablandırmaq;
• Qaimə və hesab fakturalar əsasında anbardakı prosesləri həyata keçirmək;
• Malların anbara səliqəli və müvafiq qaydalara uyğun şəkildə yığılmasını təmin etmək;
• Anbarda sayımlar aparmaq;
• Anbar qalığına nəzarəti həyata keçirmək;
• İşçilərə nəzarəti həyata keçirmək;
• Birbaşa rəhbərin tapşırıqları əsasında funksiyaları icra etmək.

İş şərtləri:

• Stabil iş
• Əmək haqqı: 650-750 AZN
• 6 günlük iş rejimi
• AR ƏM əsasən rəsmiləşmə
• İş vaxtı: I – V günlər 9.00-17.00, VI gün 9.00-15.00
• İstirahət günləri: bazar, bayram günləri

Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, Anbardar köməkçisi qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).
Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi