İşə Qəbul üzrə Mütəxəssis

İşin təsviri

Şirkət haqqında : 1995-cü ildə fəaliyyətə başlayan “Inci Group Of Company” MMC- nin əsas fəaliyyətini Satış və Distributor Şirkəti kimi davam etdirir. Topdan və pərakəndə satış üzrə Şirkətin Bakı şəhəri və regionlarda dağıtım anbarları və satış komandaları vardır.

Vəzifənin adı : İşə Qəbul üzrə Mütəxəssis

Namizədə dair tələblər:

- Ali təhsilli;
- Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
- Azərbaycan, İngilis və ya Rus dilini səlis bilmək (yazılı və şifahi)
- Kompüter istifadə etmək bacarığı (Outlook, MS Word), MS Excel proqramını mükəmməl bilməsi tələb olunur;
- Güclü təşkilati bacarıqlar;
- Güclü ünsiyyət və danışıq aparmaq bacarığı;
- Vəzifələrin icrası üçün çalışqan olmaq;
- Komanda daxilində işləmək istəyi və bacarığı;
- Çox sayda tapşırıqları idarə etmək və təzyiq altında işləmək bacarığı;
- Təşkilatın missiyasına sadiqlik;
- Yaş : 25-35;

İş barədə məlumat:

- Mövcud vakansiyaları təhlil etmək, elanları hazırlamaq və yerləşdirmək;
- Vakansiyalar üzrə namizədlərin axtarışı;
- Gündəlik müsahibə cədvəlinin aparılması;
- Namizədlər üçün imtahanların və test yoxlanışlarının təşkili;
- İşəqəbul layihələrinin təşkilində yaxından iştirak etmək;
- Şirkətin işəqəbul siyasətinə riayət olunmasını təmin etmək;

İş qrafiki : 5 gün (09:00-18:00)

İş yeri : Bakı şəhəri, Ulduz metrosu yaxınlığında;

Əmək haqqı müsahibə əsasında razılaşdırılacaq və əmək haqqının verilməsində heç bir halda gecikmə ola bilməz;

Müraciət etmək istəyən əməkdaşlardan CV formanızı - [email protected] emailinə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı yazılmalıdır.

Müraciət üçün son tarix: 04.10.2020