Keyfiyyətə nəzarət üzrə ofis meneceri

İşin təsviri

“ATEF ŞİRKƏTLƏR QRUPU” MMC “Keyfiyyətə nəzarət üzrə ofis meneceri” vəzifəsinə vakansiya elan edir.

Şirkət: “ATEF ŞİRKƏTLƏR QRUPU” MMC
İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi
Əmək haqqı: 400-600 AZN

İş şəraiti

• 5 günlük iş həftəsi
• Nahar fasiləsi: 12:00-13:00
• Nahar müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat

• Ofis daxili inzibati işlərin təşkili,
• İngilis dilində olan mətnlərin təcrümə edilməsi,
• Telefon danışıqlarının aparılması,
• Rəhbərliyin verdiyi tapşırıqların yerinə yetirilməsi
• Kargüzarlığın (sənədləşmənin) aparılması,
• E-mail və yazışmaların həyata keçirilməsi

Tələblər:

• Ali təhsilli,
• Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi,
• Cinsi: qadın,
• Azərbaycan, rus və ingilis dilləri yüksək səviyyədə,
• Ofis texnikası ilə işləmə bacarığı,
• Microsoft Office proqramlarını (Excel yüksək səviyyədə) bilməlidir,
• Səliqəli, punktual, xoş görünüşlü,
• Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı

Namizədin şəxsi keyfiyyətləri:

• Fikrini izah etmək qabiliyyəti;
• Ezamiyyə imkanları;
• Ünsiyyət yaratmaq bacarığı;
• İşə planlı yanaşması;
• Fəal olması və komandada işləmək bacarığı.

Bu vəzifəyə müraciət etmək üçün CV-ni [email protected] ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Keyfiyyətə nəzarət üzrə ofis meneceri” Mövzu bölməsində göstərin.