İNCİ ŞİRKƏTLƏR QRUPUNDA-brend menecer vakansiyası elan edilir.
Vəzifənin adı : Brend menecer
Namizədə dair tələblər:
- Marketinq, iqtisadiyyat, menecment istiqamətləri üzrə ali təhsil
- Ticarət -idarəetmə - marketinq menecment sahəsində təcrübəsi olmalı
- Aktiv, yenilikçi, kreativ, gülərüz, pozitiv, xoş görünüşlü, punktual, işinə və özünə qarşı tələbkar, məsuliyyətli, komandada ilə işləmə bacarığı olmalı
- Bazar iqtisadiyyatı, biznesin əsaslarını
- Malların çeşidi, təsnifatı, xüsusiyyətləri və məqsədini
- Marketinqin əsaslarını (marketinq konsepsiyası, bazar tədqiqatının üsulları və istiqamətləri)
- Bazarın inkişaf modelləri və mallara tələbatın formalaşmasını
- Reklam kampaniyalarının formalarının və metodlarının əsaslarını
- Psixologiya və satış prinsiplərinı
- Marka xüsusiyyətləri, istehsal texnologiyasını
- Yaş həddi: 28 - 40
- Təcrübə: minimum 3 il
İş barədə məlumat:
- Məhsulun xüsusiyyətlərini tədqiq etməli, marketinq araşdırmalarının nəticələrinə əsasən istehlakçıların məhsula olan tələblərini təhlil etməli
- Bazarın təhlilini aparmalı, məhsulun təklifi üçün bazarın hədəf istehlakçı seqmentlərini müəyyənləşdirməli
- Reklam kampaniyaları, sərgilər, təqdimatlar və digər PR tədbirlərini həyata keçirmək üçün marketinq və reklam qurğularının effektivlik gücünü nəzərə alaraq məhsulu bazarda təşviq etmək üçün bir strategiya hazırlamalı
- Məhsulun bazarda mövqeyini izləməli (məhsul satışının gedişatı, bunun üçün tələbat), istehlakçıların məhsula münasibətini müəyyənləşdirməli, şirkətin imicinin müntəzəm tədqiqatını aparmalı
- Qiymət siyasətinə və rəqib markalara olan tələbata nəzarət etməli, rəqiblərin oxşar məhsullarına nisbətən məhsulun mövqeyini müəyyən etməli
Müraciət etmək istəyən əməkdaşlardan CV formanızı [email protected] emailinə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı yazılmalıdır.
əlaqədar şəxs: kadrlar şöbəsi 070-441-52-46