Aktiv və passivlərin idarə edilməsi şöbəsinin Mütəxəssisi

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 20.08.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Maliyyə menecment Departamentinin Aktiv və passivlərin idarə edilməsi şöbəsinin Mütəxəssisi

Kapital Bank namizədləri Maliyyə menecment Departamentinin Aktiv və passivlərin idarə edilməsi Mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Riyazi və statistik üsullardan istifadə edərək məlumatların təhlil olunması;
• Bankın aktiv və passivlərinin idarə edilməsini həyata keçirilməsi;
• Bankın likvidliyinin idarə olunması, bazar risklərinin idarə edilməsi işini təşkil edilməsi;
• Müəyyən edilmiş müxtəlif maliyyə göstəriciləri üzrə mütəmadi olaraq Bankın fəaliyyətini təhlil edilməsi və bu barədə rəhbərliyi məlumatlandırılması;
• Kapitalın effektiv istifadəsinin təmin olunması;
• Şöbənin funksiyasından irəli gələn digər funksiyaları icra edilməsi;

Tələblər

• Ali təhsil;
• Sahə üzrə ən azı 1 illik iş təcrübəsi
• Əla səviyyədə Azərbaycan dili biliyi, orta səviyyədə inglis dili və rus dili;
• Kompyuter biliyi: yüksək səviyyədə MS Office bilikləri, SQL (MSSQL, T-SQL);
• Yüksək analitik qabiliyyət;
• Təşkilatçılıq və rəhbərlik qabiliyyəti;
• Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti;
• Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlər. (CFA arzuolunandır).

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

İşəgötürənin reytinqi