Müştəri zənglərinin qəbulu üzrə operator

  • Sirab ASC
  • Elanın qoyulma tarixi: 17.08.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Müştəri zənglərinin qəbulu üzrə operator

Əsas tələblər:

- Minimum təhsil dərəcəsi: Bakalavr;
- Komputer bilikləri: MS Office - əla;
- Dil bilikləri: Azərbaycan-əla, Rus dili-əla;
- Yaş həddi: 20-30;
- Səlis nitq qabiliyyəti;
- Müştəri yönümlü;
- Riyazi biliklər;

Fərdi keyfiyyət göstəriciləri:

- Keyfiyyət yönümlülük;
- Diqqətlilik;
- İntizamlılıq;

Vəzifə öhdəlikləri:

- Telefon vasitəsi ilə müştəri sifarişlərinin qəbul edilməsi;
- Müştərilərlə əlaqə saxlanılaraq sorğuların keçirilməsi;
- Yeni müştərilərin satış bazasına daxil edilməsi;
- Müştəri şikayətləri və təkliflərinin qəbulu, araşdırılması və lazimi strukturlara yönləndirilməsi;
- Ərazidən qayıdan maşınların mal qalıqlarının qaytarması prosesini həyata keçirmək;
- Malların çatdırılmasının analizi;
- Hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.

İş vaxtının norması:

- 6 günlük iş rejimi;
- İstirahət günü: Bazar günü.

Vəzifə üzrə əmək haqqı:

- Əmək haqqı: 450 AZN

İş yeri:

- Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A

Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Müştəri zənglərinin qəbulu üzrə operator” yazmaqla [email protected] mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
_____ ______ ___________________

Bababək “Sirab” ASC haqqında:

“Sirab” mineral su yatağından sənaye məqsədilə istifadəyə XX əsrin 50-ci illərindən başlanmışdır. İlk dəfə olaraq yatağın su ehtiyatları hesablanmış və 1968-ci ildə Moskvanın Dövlət Ehtiyatlar Komissiyasında təsdiq edilmişdir. Aşkar olan mineral suların bazası əsasında 1968-ci ildə Azərbaycanda ən böyük mineral sudoldurma zavodu istifadəyə verilmişdir. Sovet İttifaqı dağıldıqdan bir müddət sonra Ümummilli dahi liderimiz Heydər Əliyev cənablarının Azərbaycan Respublikasında sahibkarlığa göstərdiyi qayğının nəticəsində 2003-cü ildə “Sirab” mineral sular zavodu Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Babək “Sirab” ASC bir sıra Avropa, Rusiya və Türkiyə firmaları ilə əlaqə yaradaraq yeni müasir avadanlıqlar almışdır.

Daha ətraflı..
https://www.sirab.az/haqqinda.aspx

İşəgötürənin reytinqi