Kateqoriya meneceri

  • Superfon
  • Elanın qoyulma tarixi: 16.08.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Minimum 2 il
Təhsil: Ali təhsil
Yaş həddi: 27 və ya üzəri

Vəzifə öhdəlikləri:

• Şirkətin satış planın formalaşdırılmasında iştirak etmək;
• Öz illik satış planını hazırlamaq, KDM və şirkətin direktoru tərəfindən təsdiqlənməsini təmin etmək;
• Bazar və müştəri barəsində araşdırma və analizlər edərək, satış qiymətini təyin etmək;
• Kateqoriyası ilə bağlı marketinq fəaliyyətini planlamaq, icrasını təmin etmək və izləmək;
• Alınmış malların satışının artırılması üçün reklam fəaliyyətlərini icra etmək, virtual materialların dizayner vasitəsilə hazırlanaraq müştəri kütləsinə elan edilməsini təmin etmək;
• Məhsul ehtiyatının (stok) planlanmasını aşağıdakı formada icra etmək;
• İl ərzində satılmış malların siyahısını 1C proqramından çıxarmaq və analiz etmək ən çox satılan malların siyahısını hazırlamaq;
• Tələb olunan malların tədarükünü Satınalma şöbəsi vasitəsilə təmin etmək;
• Tədarükçülərlə, satınalmanın işirakı olmaq şərtilə, məhsulun xüsusiyyətləri barəsində razılaşma etmək;
• Təchizatçı şirkət siyahsının və stokun, iclas keçirilərək təsdiq edilməsini təmin etmək;

Tələblər:

• Bazar araşdırması və analizi texnikaları;
• Satış texnikaları baradə biliklər;
• Xarici dil bilikləri: İngilis və ya Rus dilini B2 səviyyədə bilmək;
• Texnolojik məlumatlılıq;
• Planlama qabiliyyəti (tələbin, stokun planlanması);

Əmək haqqı bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.
Qanunvericliyin tələb etdiyi formada işəqəbul olunma, şirkət tərəfindən nahar və danışıq limiti ilə təmin olunma.

Müraciət qaydaları:

CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “Kateqoriya meneceri” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar. Son müraciət tarixi 13.09.2020

İşəgötürənin reytinqi