İstedadların İdarəolunması Üzrə Mütəxəssis

  • PAŞA Sığorta
  • Elanın qoyulma tarixi: 11.08.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“PAŞA Sığorta” ASC namizədləri İstedadların İdarəolunması Üzrə Mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Şirkətin istedad bazasını cəlb etmək, ölçmək, inkişaf etdirmək və idarə etmək məqsədi daşıyan proqramların həyata keçirilməsinə kömək edir;
• Rəhbərliyə təşkilatın istedad strategiyalarının effektivliyini qiymətləndirməyə kömək edir;
• Effektiv "induction" proqramlarını hazırlamaq və həyata keçirmək;
• Şirkətdaxili təlim və təlim ehtiyaclarını müəyyənləşdirmək məqsədiləy yüksək keyfiyyətli proqramların təşkili;
• Əməkdaşların davamlı peşəkar inkişafına dəstək vermək;
• Karyera inkişaf imkanlarını təmin etmək üçün birbaşa/ departament rəhbərləri və əməkdaşlarla işləmək;
• İstedadların idarəedilməsi texnikası və dəyərləndirməsində ən yaxşı təcrübələri tətbiq etmək;
• Daxili akademiyanın inkişafı və yenidən qurulması.

Bilik və bacarıqlar:

• İnsan Resursları üzrə bakalavr və ya magistr dərəcəsinin olması;
• İstedadların idarəedilməsi üzrə minimum 2 il iş təcrübəsi təcrübəsi;
• 3 il ümumi İR üzrə təcrübə;
• İngilis, Rus, Azərbaycan dillərini mükəmməl bilmək;
• Powe Point,excel və visio proqramlarından mükəmməl istifadə edə bilmək;
• Tez öyrənmə bacarığı;
• Yaxşı ünsiyyət bacarığı;
• Yaxşı təqdimetmə bacarığı

Son müraciət tarixi: 01 sentyabr 2020-cu il.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.