Şou-biznes xəbər Reportyoru/Jurnalist

İşin təsviri

Yerli və xarici şou-biznes sahəsində məlumatı və iş təcrübəsi olan şəxslər Jurnalist / Reportyor vəzifəsinə təyin olunur.

Şou-biznes xəbər Reportyoru/Jurnalist:

• Şou-biznes sahəsində ən son yenilikləri izləmək;
• Mədəniyyət xəbərləri və şou-biznes sahələri haqqında informasiyanın toplanması;
• İnternetdə məlumat axtarışı panellrini tanımalı və onlardan tam istifadə etməyi bacarmalı;
• İnternet jurnalistikasının, o cümlədən, xəbərlərin yazılması xüsusiyyətlərini başa düşməli;
• Redaksiyada iş prinsipini bilməlidir

Vəzifə öhdəlikləri:

• Məqalələrin yazılması, tərcüməsi və müsahibələrin alınması;
• Ölkədə və dünyada baş verən şou-biznes yeniliklərinin təhlili;
• İnformasiya sorğularının tərtib olunması;
• Zəruri hallarda mətbuat konfransında və digər tədbirlərdə iştirak etmək;
• Redaksiyanın tapşırıqlarını yerinə yetirmək;
• Gördüyü işlər haqqında aylıq hesabat təqdim etmək

İş barədə məlumat:

• Əmək haqqı + karyera yüksəlişi
• İş saatı 9:00-dan 18:00-dək, həftənin 6 günü (şənbə günləri yarı iş günü)

Namizədə tələblər:

Jurnalist vəzifəsinə – öz işinə ciddi yanaşan, daimi inkişaf axtarışında olan, komandayla işləmə bacarığı olan işçi axtarışındadır.
• Yaş həddi və cins fərq etmir
• Çevik, ünsiyyətçil və məsuliyyətli olmalı
• Analitik, araşdırma və yazı qabiliyyəti;
• Mədəniyyət xadimləri və şou-biznes nümayəndələri ilə iş təcrübəsi olan insanlara üstünlük verilir;
• Səlis Azərbaycan dili biliklərinə malik, ingilis və rus dillərini yaxşı bilən insanlara üstünlük verilir;
• Komandada işləmə bacarığı.

Maraqlananlar CV-lərini [email protected] ünvanına göndərə bilərlər.