Baş Aqronom

  • Company
  • Elanın qoyulma tarixi: 05.08.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Baş Aqronom

Sahə: Kənd Təsərrüfatı

İş yeri: Gəncə ətrafı

İşin təsviri:

- Növbəli əkin sistemi tətbiq etmək, əkindən öncə seçilən torpağın hər hektarına düşən məhsuldarlıq normasını müəyyən etmək, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq üçün lazımi tədbirlər görmək;
- Aqro-texniki tədbirləri həyata keçirmək, alaq otlarının təmizlənməsi, suvarma işlərinin təmini və su itkisinin azaltmaq;
- Torpağın kimyəvi analizi, bitkinin inkişaf fazasına uygun yemləmə rasionlarını (gübrələmə, mineralların verilməsi vs.) müəyyən etmək;
- Kənd təsərrüfatı sahəsində olan zərərverici həşəratlara və alaqlara qarşı kimyəvi maddələrdən (funqusit, inseksit və herbisitlər) istifadə etmək;
- Bitkinin bioloji yetişkənlik dövrünü müəyyən etmək, xəstəlik və zərər vericilərə qarşı kimyəvi və mexaniki mübarizə tədbirləri görmək;
- Kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və texnikadan səmərəli istifadə üçün müəyyən əməyin düzgün təşkili, iş normalarını yerinə yetirmək;
- Toxum çeşitləri haqqında məlumatlı olmaq, torpaq və hava temperaturuna uygun olaraq toxum çeşidi və səpin müddətini müəyyən etmək;
- Bitkinin veqetativ inkişafına uygun kultivasiya (bəsləmə) ve yemləmə təyini qaydalarına əməl etmək;
- Torpağın vaxtında əkinə hazırlanması, məhsulun becərilməsi və yığılmasını təmin etmək;

TƏLƏBLƏR:

• 30-45 yaş həddi
• Aqronomluq sahəsində 5 ildən az olmayaraq iş təcrübəsi
• Azərbaycan və rus dilləri, ingilis dilinə üstünlük verilir
• İdarəçilik bacarığı, məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq
• Güclü ünsiyyət və danışıq qabiliyyəti
• Komandada işləmək bacarığı
• Təzyiq altında və dəyişkən iş qrafiki ilə işləmək bacarığı
• MS Excel proqram biliyi;
• 1 C proqramı bilikləri üstünlükdür.
• Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
• Sürücülük vəsiqəsi olmalı
• Əvvəlki iş yerlərində intizam məsuliyyətinə cəlb edilməyən

Təminatlar:

• İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
• Nahar ilə təmin edilmə

• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Aqronom” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır

Company tərəfindən digər vakansiyalar