Intern & Junior UI Designer

  • WedPro
  • Elanın qoyulma tarixi: 30.07.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Intern & Junior UI Designer

Əziz dostlar, yeni yaranacaq şirkət üçün "out of box" düşünən, zövqlü yanaşması olan Intern & Junior UI dizayner axtarışındayıq! İnsanların həyatını dəyişəcək məhsulları dizayn etmək istəyirsənsə, onda müraciət et!

Şirkət özünün daxili startup layihələrini və yerli & qlobal müştərilərin digital layihələrini icra edəcək.

Kriteriyalar:

- Portfolio (konsept ola bilər) & Figma, Adobe Photoshop, Adobe Illustrator'da rahat işləmək
- Vizual dizayn və tipoqrafiya bacarıqları
- İstifadəçi mərkəzli dizayn prinsiplərini bilmək
- Başlanğıc səviyyədə UX bilikləri (istifadəçi analizi, wireframing, testing)
- Brendinq və marketinq bilikləri (üstünlükdür)
- Frontend məntiqini bilmək
- Max. 23 yaş

Öhdəliklər

- Project Manager, UX və Lead Designer ilə komanda formasında işləmək
- Müxtəlif layihələr üçün verilən brendinq, UX, marketinq hədəfləri əsasında dizayn həlləri yaratmaq

Bizə qoşularaq dizayn karyeranda yeni səhifə aç! Əldə edəcəksən:

- Ən yaxşı UX/UI komadandalarından birində, yerli və qlobal məhsullar üzərində işləmək
- Dizayn bacarıqlarını reallaşdırmaq üçün rahat mühit
- Rəsmi əmək müqaviləsi
- Əmək haqqı: 600 AZN'ə qədər
- Karantin müddətində remote, karantindən sonra şəhər mərkəzində ofis (Yeni Həyat Plaza)
- 8 saat/5 gün
- Əmək haqqında performansa bağlı olaraq illik 40%'ə yaxın artım
- Təlim büdcəsi

Seçim PORTFOLIO əsasında aparılacaq! Portfoliosunda production'da məhsulları olan dizaynerlərə üstünlük veriləcək. Uzun müddətli işləmək üçün uyğun olan namizədlərin müraciət etməsini, xahiş edirik.

Müraciət qaydası və seçim proseduru:

- Pozisiyanı başlıqda qeyd edərək ("UI Designer - Intern", "UI Designer - Junior") CV və portfolionuzu [email protected] ünvanına göndərin. Başqa başlıqla göndərilən müraciətlər qəbul edilməyəcək.
- Interview
- Test Project

Azərbaycanın ən yaxşı UX/UI komandasında olmaq istəyirsənsə, gözləyirik!