Böyüməkdə olan komandamıza rockstar Front-end Developer axtarırıq! (mid)
Yeni əməkdaşımız şirkətimizin daxili startup layihələri, eyni zamanda yerli & qlobal müştərilərimizin web & mobil layihələri üzərində çalışacaq.
Kriteriyalar:
- HTML5, CSS3 (Sass, Less, Bootstrap, Material UI bilikləri üstünlükdür)
- Javascript (mükəmməl səviyyədə)
- ReactJS’də rahat işləmək (VueJS, Angular bilikləri üstünlükdür )
- AJAX
- Git
- Responsive Design & Adaptive Design
- Yenidən istifadə edilə bilən JS / CSS kitabxanaları və komponentləri yarada bilmək
- Funksional və OOP prinsiplərini bilmək
- Docker və Socket.io (üstünlükdür)
- Back-end biliyi (üstünlükdür)
Qrafik:
- Remote (8 saat)
- Karantindən sonra ofisdən (09:00-18:00)
- Həftədə 5 gün
Görüləcək işlər və gözləntilər:
- Figmada veriləcək UI dizaynları, komponentləri dinamik olaraq, pixel-perfect, bütün cihaz ölçülərinə uyğun responsive & adaptive kodlaşdırmaq
- Mobile first prinsiplərini bilmək
- Prototipi verilən və ya göstərilən interaktiv dizaynları koda çevirmək
- Back-end developer, UI dizayner və menecerlə komanda formasında işləmək
- Verilən deadline'lardan bir gün əvvəl təhvil vermək
- Javascript və müasir framework'lərdə işləmək (ReactJS əsas prioritetdir, digər frameworkləri işləyərək öyrənilə bilər), yeni çıxan frameworkləri öyrənmək
- Böyük proyektlərdə (startup/enterprise) işləmə bacarığı və təcrübə
- Təmiz və faydalı dokumentasiya yazmaq
Təklif edirik:
- 1200-1400 AZN əmək haqqı (namizədə görə)
- Performansa görə illik artım
- Overtime'larda əlavə saatlıq ödəniş (Tez-tez overtime ehtiyacımız yaranır, ona görə freelance iş götürməyən developerə üstünlük veriləcək)
- Təlim büdcəsi
- Ən əsası isə yerli və qlobal əjdaha layihələr!
Uzun müddətli işləmək üçün uyğun olan namizədlərin müraciət etməsini, xahiş edirik. Rəsmi əmək müqaviləsi bağlanacaqdır. CV & porfolionuzu "Rockstar Front-end Developer" başlığı ilə [email protected] ünvanına göndərin. Yalnız portfoliosu olan namizədlər müraciət etsin, portfolio əsas həlledici göstərici olacaq.
Seçim üç mərhələli olacaq:
1. CV & portfolio
2. Interview
3. Test
İşə başlama tarixi: 1 İyul