UX dizayner (junior/mid)

  • WedPro
  • Elanın qoyulma tarixi: 19.06.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Böyüməkdə olan komandamıza smart UX dizayner axtarırıq! (junior/mid)

Yeni əməkdaşımız şirkətimizin daxili startup layihələri, eyni zamanda yerli və qlobal müştərilərimizin web və mobil layihələri üzərində çalışacaq.

Tələb olunan bacarıqlar və keyfiyyətlər:

- Dizayn mərkəzli və istifadəçi mərkəzli düşünmək
- İstifadəçi tələblərini, davranışlarını, istifadəçi psixologiyasını başa düşmək
- Biznes və satış məntiqini başa düşmək, biznes və istifadəçi ehtiyaclarını, məhsulun hədəflərini asan istifadə olunan və cəlbedici rəqəmsal həllərə çevirmək
- Məhsulun və istifadəçinin problemlərini həll etməyi bacarmaq
- Detallara diqqətli, yaradıcı və analitik yanaşmaq
- Interaktiv dizayn prinsiplərini başa düşmək
- InVision, Figma, Sketch, Balsamiq, Zeplin, Marvel kimi platformalardan ən azı birinə hakim olmaq
- Cəlbedici və yüksək səviyyədə prezentasiya etməyi bacarmaq
- Ən azı upper-intermediate səviyyədə İngilis dili biliyi
- UX test metodları ilə tanışlıq, ən azı bir neçəsinə hakim olmaq
- Web və mobil məhsulların işləmə prinsipini bilmək
- HTML, CSS, Javascript işləmə məntiqini bilmək

Qrafik:

- Remote (8 saat)
- Karantindən sonra ofisdən (09:00-18:00)
- Həftədə 5 gün

Öhdəliklər və gözləntilər:

- İstifadəçi analizi, rəqib analizi və bazar analizini aparmaq
- İstifadəçi hekayələri, “userflow”, “user persona” yaratmaq
- İnformasiya arxitekturası və məhsulun xəritəsini (“sitemap”) yaratmaq
- “Sketching” & “Wireframing” & “Prototyping” & “Testing”
- Məhsulun sahibi & müştəri & layihə meneceri & marketinq departamenti ilə daimi əlaqədə olmaq və onların tələblərinə uyğun nəticələr yaratmaq
- UI dizayner & developer ilə komanda formasında işləmək
- UX testlərini keçirmək və nəticələrə uyğun effektiv həllər yaratmaq

Təklif edirik:

- 600 - 1200 AZN əmək haqqı (namizədə görə)
- Performansa görə əmək haqqında stabil artım
- Təlim büdcəsi
- Ən əsası isə yerli və qlobal əjdaha layihələr!

Uzun müddətli işləmək üçün uyğun olan namizədlərin müraciət etməsini, xahiş edirik. Rəsmi əmək müqaviləsi bağlanacaqdır. CV & portfolionuzu "Smart UX Dizayner" başlığı ilə [email protected] ünvanına göndərin. Yalnız portfoliosu olan namizədlər müraciət etsin, portfolio əsas həlledici göstərici olacaq.

Seçim üç mərhələli olacaq:

1. CV & portfolio
2. Interview (İngilis dilində)
3. Test

İşə başlama tarixi: 1 İyul