Kredit Anderraytinqi və analitikası üzrə Məhsul sahibi (Product Owner)

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 29.07.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Kredit Anderraytinqi və analitikası üzrə Məhsul sahibi (Product Owner)

Ümumi məlumat

Kapital Bank” ASC namizədləri “Agile” komandasına Kredit Anderraytinqi və analitikası üzrə Məhsul sahibi (Product Owner) olaraq qoşulmaq üçün müraciət etməyə dəvət edir.

Öhdəliklər

• Müəssisələrin biznes və maliyyə təhlilinin aparılması. Müştərilərlə ünsiyyətin qurulması və onlara maliyyə məsləhətlərinin verilməsi;
• Komanda üzvləri ilə və prosesin digər iştirakçıları ilə bütün riskləri nəzərə alaraq sürətli və səmərəli şəkildə kredit məhsul və proseslərinin hazırlanması;
• Kreditin Strukturlaşdırılması funksiyasının davamlı inkişafını təmin etmək və işin axışını sürətləndirmək üçün ən uyğun yanaşmanın tətbiq edilməsi;
• Fəaliyyətini həyata keçirilməsinə dair ölkənin və Bankın normativ-hüquqi bazasının (müvafiq qanunlar, qaydalar, proseduralar, metodoloji göstərişlər və s.) bir qismi ilə məlumatlı olmaq;
• Lazımi tapşırıqları dəqiq və vaxtında departament rəhbərinə və digər səlahiyyətli şəxslərə çatdırmaq bacarığına malik olmaq;
• Analitik düşüncə qabiliyyətinə malik olmaq;
• Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını oxuma, yazma və təhlil etmə bacarıqlarına malik olmaq;
• SME və ya korporativ kreditlərin verilməsi sahəsində birbaşa əlaqəli biliklərə, təcrübəyə və bacarıqlara malik olmaq;

Tələblər

• Bank sahəsində minimum 2 il iş təcrübəsi;
• Biznes bankçılığı və maliyyə təhlili üzrə təcrübə;
• Yüksək səviyyədə analitik bacarıqlar;
• Yaxşı ünsiyyət və nitq bacarıqları;
• Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis və rus dili – yaxşı səviyyədə.

CV-lərinizi, mövzu hissəsində “PO- Kredit Anderraytinqi və analitikası” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

İşəgötürənin reytinqi