Baş energetik

İşin təsviri

Agro Food İnvestments MMC şirkətləri üçün aşağıdakı vakansiyanı elan edir:

BAŞ ENERGETİK

Namizədlər aşağıda göstərilənləri bilməlidir

• Müəssisə və kənd təsərrüfatı sahələrinin enerji daşıyıcısı və elektrik enerjisinin fasiləsiz işini təmin etmək, enerji təsərrüfatının təmirini vaxtı-vaxtında həyata keçirilməsi;
• Müxtəlif güclü yarım stansiyaların, elektrik generatorlarının istismarı və texniki xidməti;
• Transformator yarımstansiyalarının quruluşunu və istismar qaydalarını;
• Elektrik dövriyyəsinin hesablanması;
• Layihələrə əsasən quraşdırılacaq elektrik avadanlıqlarının, mal-materialların, qəbul olunmuş əmsalları nəzərə alınaraq, smetaların hesablanması;
• Qəbul olunmuş qaydaları və əmsalları nəzərə alaraq layihələndirilmə işləri;
• Layihələrdə tələb olunan elektrik, kabel, naqil və s. elektrik cihaz və qurğuların seçilməsini;
• Müvafiq dövlət strukturları ilə layihələrin razılaşdırılması və təsdiqi;
• Elektrik qurğu və binaların layihələndirilməsinə texniki tapşırıqların hazırlanmasını;
• Yüksək gərginliklə işləyən elektrik qurğularının, elektrik mühərriklərinin və başqa elektrik maşınlarının təhlükəsiz istimarının təşkili qaydalarını;
• Elektrik cərəyanından zədələnmə hallarının qarşısını almaq üçün tələb olunan mühafizə vasitələrinin tətbiqi qaydalarını;
• Elektrik qurğularında təhlükəsizliyi təmin etmək üçün qoruyucu torpaqlama, işçi torpaqlama və s. mühafizə vasitələrinin tətbiqi qaydalarını;
• Hərəkətdə olan elektrik qurğularının torpaqlanması qaydalarını;
• Qaz xətlərinin, hava xətlərinin və stasionar kompressorların təhlukəsiz istismarı və quruluşu qaydalarını;
• Dəyişən və sabit cərəyan, elektrik maşın, mexanizmələrin istismarı və təmiri qaydalarını;
• Təzyiq altında işləyən tutumların istismarı və quruluşu qaydalarını;
• Öz işində sahib olduğu peşəkar bilik və bacarıqları tətbiq etmək.
• Təsərrüfatda işləyən sahələrin elektrik avadanlıqlarının texniki təhlükəsizlik qaydalarına uyğun istismarını təmin etmək.
• Cəmiyyətin bütün elektrik təsərrüfatına nəzarət.

Namizədə tələblər

• Tələb olunan ixtisas üzrə ali təhsil;
• İxtisas üzrə 7 ildən çox iş təcrübəsi;
• Müvafiq kompüter proqramları biliyi ((AutoCAD, Microsoft Office və s.);
• Texniki Rus və İngilis dilləri üzrə biliklər;
• İdarəetmə təcrübəsi, komandada işləmək bacarığı;
• Yüksək məsuliyyət və sistemli düşünmə bacarığı

İş vaxtı 5/7, işçi tibbi sığorta və korporativ nömrə ilə təmin edilir

Maraqlanan namizədlər CV-lərini [email protected] ünvanına göndərə bilərlər.