Software developer (Junior)

İşin təsviri

Software developer (Junior)

Vəzifə öhdəlikləri:

• Yaranan xətaların aradan qaldırılması və texniki dəstəyin göstərilməsi
• Yeni pportalların yaradılması
• Mövcud sistemlərə texniki dəstəyin göstərilməsi
• Mütəmadi olaraq işlərin idarəetmə sistemi vasitəsilə daxil olan işlərin nəzərdən keçirilməsi
• Proqram təminatı ilə əlaqəli sorğuların cavablandırılması
• Cavabdeh olduğu iş sahələri üzrə muvafiq hesabatların hazırlanması və s.

Əsas tələblər:

• Ali texniki təhsil (İnformasiya texnologiyaları, İnformasiya sistemləri, Kompüter elmləri, Avtomatlaşdırılmış sistemlər və Riyaziyyat sahəsində bakalavr dərəcəsi)
• Eyni vəzifədə ən azı 1 il iş təcrubəsi
• Alqoritmləşdirmə bacarığı
• Hazır html səhifələrin (Template) uyğunlaşdırılması
• APİ lər ilə işləmə bacarığı
• Mövcud web saytlara dəyişikliklərin edilməsi
• Proqramlaşdırma dilləri: PHP
• Verilənlər Bazasının İdarəetmə Sistemləri(VBİS): MySQL
• Application Serverlər: Apache
• Texnologiyalar: HTML, CSS3, JavaScript, JQuery, Bootstap, SOAP REST webservices, SQL
• Məsuliyyətlilik, qərar vermə və problem həll etmə bacarığı, mövcud sistemlərin biznes məntiqlərinin sürətli mənimsəmə bacarığı, stressə davamlılıq, nəticəyə fokuslanma, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları, fasiləsiz öyrənməyə meylilik

İş şərtləri və şəraiti:

• İş qrafiki: Bazar ertəsi – Cümə, saat 9:00 - 18:00 (8 saatlıq iş günü, 5 günlük iş həftəsi)
• Premiya və bonus sistemi
• Əmək haqqı – 500-700 AZN

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Junior web developer” mövzusu altında [email protected] elektron ünvanına göndərə bilərlər

İşəgötürənin reytinqi