Korporativ satış nümayəndəsi

  • Azmerika
  • Elanın qoyulma tarixi: 23.07.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

AZMERIKA LLC – Amerika (AMSOİL) , Kanada (Petro-Canada) , Rusiya (RA-8) mühərrik yağlarının distribyusiyasını təşkil edir .

Azmerika şirkəti “Korporativ satış nümayəndəsi” vakansiyası elan edir.

Namizədə verilən tələblər:

- Təhsil - Ali
- Yaş - 25-35
- Yalnız kişi namizədlər
- Səlis Azərbaycan dilini bilməsi (əlavə olaraq rus dili bilənlərə üstünlük verilir)
- Xoş və səliqəli zahiri görünüş
- Yüksək danışıq qabiliyyəti, fikirini aydın izah etmə və aktiv satış bacarığı
- Səbrli və nəzakətli
- İşgüzar və hədəf yönlü
- Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı
- Məsuliyyətli, dürüst və ünsiyyət qurma bacarığı, alıcılara nəzakətli rəftar
- Kollektiv ilə işləmə bacarığı

Tələb olunan vəzifələr :

 Şöbənin korporativ satış hədəfinə çatması üçün verilən tapşırıqları icra etmək;
 Müəssisənin ümumi strateji planı çərçivəsində korporativ satış siyasətini icra etmək;
 Korporativ satış üzrə bütün kanallarla işləmək;
 Müəyyən edilən qiymət siyahıları, təşkil olunan kampaniyalar və elanlar haqqında müştərilərı məlumatlandırmaq;
 Korporativ müştərilərin axtarılması və onlar haqqında ətraflı məlumatların toplamaq;
 İşgüzar görüşlərdə iştirak etmək.

- Şəxsi avtomobilinin olması vacibdir.
- İş saatı - 09.00 - 18.00 (6 gün)

Əmək haqqi: 700 AZN + bonus

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Korporativ satış nümayəndəsi” qeyd edərək öz CV-lərini [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.

Azmerika tərəfindən digər vakansiyalar