Korporativ satış mütəxəssisi

İşin təsviri

İşəgötürən: “Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC

Vəzifə: Korporativ satış mütəxəssisi

İşin təsviri:

- Bazarın araşdırılması yolu ilə yeni müştərilərin aşkar edilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması
- Vaxtaşırı müştərilərlə görüşlərin təşkil olunması
- Müqavilələrin hazırlanması və bağlanması
- Şirkətin satış həcminin artırılmasına dəstək
- Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması

Tələblər:

- Marketinq, satış, biznesin inkişafı və vakansiyaya uyğun olan hər hansı bir bakalavr dərəcəsi.
- Azərbaycan və İngilis dili (upper-intermediate) biliyi
- Satışın qaydaları, əsasları və strukturu
- Müştəri ilə ünsiyyət qurmaq bacarığı
- Təmsil etmə qabiliyyəti, Satışın psixologiyası və əsasları, İnsan psixologiyası üzrə biliklər
- Aktiv və çalışqan
- Təzyiq altında işləmək bacarığı
- Sürücülük vəsiqəsi (B,BC kateqoriya )
- Yalnız kişi namizədlər nəzərdən keçirilir

İş qrafiki:

- Bazar ertəsi – Cümə: 8:30 - 17:30
- Şənbə : 10.00 – 16.00

Satış həyata keçirən namizədlər əsas maaşdan əlavə bonuslarla da təmin ediləcəklər. Əmək haqqının miqdarı namizədin malik olduğu bacarıq və biliklərə görə dəyişir.

Maraqlanan namizədlər mövzu yerində “korporativ satış mütəxəssisi” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.