Baş Energetik

  • Company
  • Elanın qoyulma tarixi: 13.07.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Baş Energetik

İş haqqında məlumat:

• Elektrik avadanlıqlarının fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını, qənaət rejiminə riayət etməklə enerji ehtiyatlarından səmərəli istifadə olunmasını təmin edir;
• Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir;
• Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik edir;
• Texnoloji avadanlıqlarının elektrik hissələrinin, şəbəkənin təmirinin və istismarını təmin edir;
• Enerji qurğularının və enerji avadanlıqlarının əsaslı təmirini təmin edir;
• Elektrik xətlərinin montaj etmək və təmir işlərini həyata keçirdir;
• Tabeliyində olan işçilərin işlərini təşkil etmək və onlara nəzarət edir.

Namizədə aid tələblər:

• Ali təhsil;
• Müvafiq vəzifədə 5 ildən çox təcrübə;
• MS Office proqramlarını bilməli;
• Müəssisənin enerji təchizatının təşkilini, elektrik avadanlıqlarının istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini və onların istismarı qaydasını;
• Yüksək və alçaq gərginlik, stansiya və yarımstansiyaları və bu sahəyə aid olan avadanlıq və qurğuları və mühafizə sistemlərini;
• Elektrik təchizat üçün (yüksək və alçaq) hava və yeraltı veriliş xətləri, onların qurulması, istismarı və təmiri sahələrini;
• Alternativ enerji təchizatı üzrə avadanlıq və qurğuları əhatə edən biliklər;
• Əməyin elmi təşkili tələblərini, istehsalatın, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normaları üzrə biliklər.

Maraqlananlar CV-lərini [email protected] ünvanına göndərərək, 13.08.2020– ci il tarixinə kimi müraciət edə bilərlər.

Company tərəfindən digər vakansiyalar