Müqavilələr üzrə mütəxəssis

  • Alyans Tekstil
  • Elanın qoyulma tarixi: 01.07.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Alyans Tekstil” MMC-də Müqavilələr üzrə mütəxəssis vəzifəsinə vakansiya elan olunur.

İşin təsviri:

- Müəssisəyə daxil olan və çıxan sənədlərin qəbulu, qeydiyyatı və aidiyyəti şəxslərə, şöbələrə çatdırılması;
- Müqavilələrin hazırlanması və ekspertizasını həyata keçirmək;
- Proseslərə uyğun olaraq mövcud müqavilələrə əlavə və dəyişikliklər hazırlamaq;
- Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy vermək;
- Kənar təşkilatlara və müəssisələrə göndərilən məktubları tərtib etmək;
- Şirkətdaxili sənəd dövriyyəsini həyata keçirmək;
- Rəhbərliyin digər uyğun tapşırıqlarını icra etmək.

Namizədə olan tələblər:

- Ali təhsil (Hüquqşünaslıq ixtisası üzrə);
- Müqavilələrin tərtibi üzrə minimum 1 il iş təcrubəsi;
- MS Office proqramlarını bilməli;
- Azərbaycan, rus və ingilis dilləri - əla səviyyədə;
- Dəqiqlik, detallara diqqət, məsuliyyətlilik;
- Kollektivlə işləmə bacarığı.

İş şərtləri:

İş yeri: Sumqayıt şəhəri
İş rejimi: 5 günlük 08:30-17:30
Əmək haqqı: müsahibə əsasında müəyyən olunacaq.
Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur.

Uyğun namizədlərin öz CV-lərini mövzu hissəsinə “Müqavilələr üzrə mütəxəssis” yazmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.