Mühəndis-elektrik

İşin təsviri

Azərbaycan Beynəlxalq Bankı İnzibati idarəetmə departamentinin İnzibati binalara xidmət şöbəsinə Mühəndis-elektrik vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Görəcəyiniz işlər:

 Elektrik lövhələrində (panolarda) hər hansı bir nasazlığın araşdırılıb tapılması və aradan qaldırılması;
 İdarə olunan və olunmayan işıqlanma cihazlarının (lampaların) dəyişdirilməsi,tələb olunan halda təmiri;
 Bütün gördüyü işlər haqqında qeydlərin aparılması və hesabatın hazırlanması;
 Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.

Bizim üçün ideal namizəd:

 Ali və ya orta ixtisas təhsilli (Elektrik),
 Sahə üzrə 3 ildən artıq iş təcrübəsi olan;
 Aşağıda qeyd edilmiş sistem və avadanlıqlara biliklərə sahib olan:
• 10 kV-luq Transformator Məntəqəsinin 0,4 Kv tərəfinə texniki qulluq (yüksək gərginliyə girmək üçün icazəsi, həmçinin digər sertifikatı olanlara üstünlük verilir.)
• Avtomatik rejimli dizel generatorlar
• Qazanxana avadanlıqları,soyutma CHİLLER,VRV,kondisionerlər
• İnvertorlu mühərriklər
• Gərginlik tənzimləyiciləri(Gərginlik stabilizatorları)
• UPS sistemləri
• Kontaktor,rele,avtomat və s cihazlar
• Avadanlıqların işləməsinə avtomatik nəzarət sistemi (BMS)
• Yanğın söndürmə sistemləri
• Elektrik sxemlərinin oxunması

Əgər axtardığımız ideal namizəd sizsinizsə CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Mühəndis-elektrik” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Əlavə məlumat üçün: www.ibar.az