Anbardar

  • AzMonbat
  • Elanın qoyulma tarixi: 16.06.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin adı: Anbardar

Şirkət: Azmonbat MMC

İşin təsviri:

• Anbarda olan mal və materialların təhlükəsizliyinin təmin edilməsi, saxlanma rejiminə əməl olunması, qəbul və verilmə sənədlərinin düzgün tərtib olunmasını təmin etmək;
• Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək.
• Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək.
• Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin etmək;
• Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək.
• Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək
• Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək.
• Məhsullarının tamlığnın yoxlanılması, çatışmazlıqlar barədə şöbə rəhbərinə məlumat vermək
• Anbar uçotunu 1C proqram təminatında aparmaq.

Namizədə Tələblər:

• Ali təhsil;
• İş təcrübəsi: Müvafiq sahədə minimum 3-5 il;
• Dil bilikləri: azərbaycan dili yüksək səviyyədə, ingilis dil bilikləri arzuolunandır;
• MS Office proqramları (word, excel), 1C (proqramında işləmək bacarığı üstünlükdür);

İş şəraiti:

• İş vaxtı: həftənin 6 günü, istirahət günü: bazar
• Əmək haqqı:Müsahibə əsasında təyin olunur.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Anbardar ” qeyd edərək öz CV-lərini [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.