AzMonbat


Son zamanlar ölkəmizdə ətraf mühitin çirklənmədən qorunmasına böyük önəm verilir. Bunun üçün müasir texnologiyalardan istifadə olunaraq gündəlik istifadəmizdə olan zərərli məhsulların toplanması, utilizasiyası və təkrar emalı sahələri daim diqqət mərkəzindədir. Bundan başqa ölkəmizdə ağır sənayenin və qeyri neft sektorunun inkişafı sahəsində mühüm addımlar atılmaqdadır. Cəmiyyətimiz də öz növbəsində, ölkəmizin ekoloji durumunun yaxşılaşdırılmasına töhvəsini vermək , müasir standartlarına cavab verən yeni məhsulun ölkəmizdə istehsalını yaratmaq məqsədi ilə “Sumqayıt Kimya Sənaye Parkı”nda İstifadə müddəti bitmiş akkumulyatorların utilizasiyası və yeni qurğuşun-turşulu akkumulyatorların istehsalı sahələrinin inkişaf etdirilməsini qərara aldı.

Məqsəd:

  • Əhalidə, dövlət və qeyri dövlət təşkilatlarında istifadə müddəti bitmiş qurğuşun tərkibli akkumulyator batareyalarını ətraf mühitə heç bir ziyan vurmadan toplanıb utilizasiya edilməsi.
    - Utilizasiya prosesi zamanı utilizasiya edilən məhsuldan yeni məhsul istehsalı üçün maksimum dərəcədə çox xammal bərpa edilməsi.
    - Müasir tələblərə cavab verən keyfiyyətli qurğuşun-turşulu akkumulyator batareyalarının istehsalı
    - Ölkəmizin bütün regionlarında müasir standartlara cavab verən tullantı akkumulyatorların qəbulu və yeni akkumulyatorların satışı və servis edilməsi məntəqələrinin əhalinin xidmətinə verilməsi.
    - Yaradılan istehsal sahəsinə uyğun olaraq ixtisaslı kadrların yetişdirilməsi.
    - Aparılan işlərin və istehsal prosesinin keyfiyyətinin daim nəzarətdə saxlanması. - Ən son texnologiyaların tədbiq edilməsi.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?