Mağazalar üzrə administrator

  • Mustafa Tayat
  • Elanın qoyulma tarixi: 13.06.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Mustafa Tayat mağazalar şəbəkəsi müxtəlif növ uşaq, qadın, kişi geyimlərinin satışını həyata keçirir. Təklif etdiyi malların yüksək kefiyyətinə və göstərdiyi peşəkar xidmətə görə Mustafa Tayat Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

Əgər siz də pozitiv bir komandanın üzvünə çevrilmək istəyirsinizsə öz CV-nizi [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Vakansiya: Mağazalar üzrə administrator

İş barədə məlumat:

- Filialların fəaliyyət sahəsi üzrə bütün işlərin təşkili
- Tabelikdə olan menecerlərə rəhbərliyin edilməsi, onlar arasında iş bölgüsünün aparılması
- Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirilməsi, analizlərin aparılması və çatışmazlıqların müəyyən edilərək direktora təkliflərin edilməsi
- Kadrların yerləşdirilməsi və onların məqsədyönlü istifadəsi üzrə tədbirlərin görülməsi
- Tabeliyində olan işçilərin müəssisədaxili intizam qaydalarına, vəzifə öhdəliklərinin yerinə yetirilməsinə nəzarət edilməsi
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: Full
- Maaş: Razılaşma

Tələblər:

- Ali təhsil
- Mövcud sahə üzrə (geyim) azı 5 illik təcrübə
- İdarəçilik üzrə təcrübə
- Əmək qanunvericiliyinə, iqtisadiyyata, idarəetməyə dair biliklər
- Əla ünsiyyət qurma və işçi heyəti ilə işləmək bacarığı
- Yaş: 30-40

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Mağazalar üzrə administrator” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.