Şəbəkə üzrə Logistika meneceri (onlayn çatdırılma xidməti)

İşin təsviri

Şəbəkə üzrə Logistika meneceri (onlayn çatdırılma xidməti)

Vəzifə öhdəlikləri

- Şəbəkə üzrə onlayn çatdırılma sisteminin qurulması və aparılması;
- Tədarük ediləcək məhsulların haradan alınacağı, çatdırılma şərtləri və qaydalarının işlənib hazırlanması;
- Logistika təchizatçısının idarə edilməsi üzrə cavabdehlik daşıması;
- Qısamüddətli və sərfəli çatdırılma xidməti üçün nəqliyyat məsələləri ilə bağlı təkliflər planının hazırlanması;
- Çatdırılma sifarişinin düzgün emal edilməsi və daxil olan/çıxarılan mal üçün qaimənin verilməsi işinin təşkili;
- Onlayn çatdırılma xidməti üzrə sifarişlərin gündəlik/aylıq hesabatının tərtib edilməsi;
- Mövcud müştərilərlə əlaqələrin saxlanılması və inkişafı, müştəri bazasının yaradılması;
- Çatdırılma xidməti üzrə tabeçiliyində olan işçilərə nəzarət, onlar arasında iş bölgüsünün aparılması;
- Şirkətin logistika əməliyyatlarının yerinə yetirilməsi və xarici əlaqələrin inkişafının təşkili;
- Daim bazar araşdırmasını aparmaqla sistem üzərində yeniliklər təklif etməli;
- Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılması;
- Beynəlxalq konfrans, seminar və görüşlərdə şirkəti təmsil etmək;
- Rəhbərlikdən görəcəyi işlər barədə tapşırıqları alaraq zamanında yerinə yetirilməsi.

Namizədə olan tələblər:

 Yaş 30-45
 Kişi namizədlərə üstünlük verilir.
 Ali təhsil (minimum bakalavr);
 Uyğun sahədə ən azı 5 il iş təcrübəsi;
 Kompyuter biliyi;
 İdarəçilik qabiliyyətinə malik olmalı;
 Produktiv fikirləşmək bacarığı
 Yerli və xarici şirkətlərdən maksimum tez müddətdə verilən sorğulara təklif almaq;
 Dil biliyi: Azərbaycan və rus dilini sərbəst bilməli.

İş şəraiti və əmək haqqı:

 6 günlük iş rejimi (şənbə günü qısa iş saatı: 09:00-14:00);
 Şirkət tərəfindən naharla və korporativ nömrə ilə təmin edilmə;
 Əmək haqqı – müsahibə əsasında.

Uyğun namizədlərin CV-lərini [email protected] elektron ünvanına müraciət olunan vəzifənin adını email-ın mövzu hissəsində Şəbəkə üzrə Logistika meneceri (onlayn çatdırılma xidməti) qeyd etməklə göndərməkləri xahiş olunur. Əks təqdirdə belə müraciətlərin namizədliyinə baxılmayacaqdır.

İşəgötürənin reytinqi