Əczaçı

  • Elanın qoyulma tarixi: 12.06.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət: “AzəriMed“ MMC

“AzəriMed“ MMC geniş profilli şəbəkə şirkəti Bakı şəhəri və bölgələrdə yerləşən Aptekləri üçün aşağıdakı tələblərə uyğun - dərman preparatları və tibbi ləvazimatların satışı prosesini həyata keçirən “Əczaçı” əməkdaşlar axtarışındadır.

Vakansiya: Əczaçı

Vəzifə öhdəlikləri:

• Müştərilərə məhsulun seçimində köməklik göstərilməsi
• Dərman preparatları və tibbi ləvazimatların satışı prosesinin həyata keçirilməsi
• Aptekə gələn malların yoxlanılması, tərkiblərinə uyğun tələb olunan qaydada yerləşdirilməsi;
• Dərmanların saxlanılma şəraitinə mütəmadi olaraq diqqət edilməsi
• Məhsulların yararlılıq müddətinə, qalıq sayına nəzarət edilməsi
• Sifarişin dəqiq və vaxtında yerinə yetirilməsi

Tələblər:

• Tibb təhsili (Ali və ya orta ixtisas);
• Müvafiq sahədə iş təcrübəsi üstünlükdür (Tələbələrə təcrübə imkanları yaradılır)
• Azərbaycan dilini əla səviyyədə bilməli, rus dilini bilməsi arzu olunandır;
• Ms Office proqramlarını bilməsi arzu olunandır;

Şəxsi keyfiyyətlər:

• Yüksək səviyyədə kommunikasiya bacarığı;
• Stres altında işləmək bacarığı;
• Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalıdır.

İş şəraiti:

• İş qrafiki: 3 növbə(09:00-16:00; 16:00-23:00; gecə növbəsi)
• Əmək haqqı: 300-350 AZN, əlavə olaraq satışdan bonus.

Üstünlüklərimiz:

• İşçilər Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmi qeydiyyata alınır.
• Şirkətdə karyera yüksəlişi və müxtəlif perspektivlər mövcuddur.
• Şirkət daxilində farmokoloji biliklərin inkişafı məqsədilə təlimlər və xidmət texnikalarının yüksəldilməsi üçün treninqlər keçirilir.
• Tələbələrə təcrübə imkanları yaradılır.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Əczaçı” qeyd edərək CV formasını [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.
Əlaqə nömrəsi: 055 455 84 04