Ümumi vəzifə öhdəlikləri:
• Bankın mövcud layihələrində iştirak və hazır sistemlərə yeni funksionalın əlavə edilməsi;
• Yeni proqramların yaradılması.
Namizədə qarşı tələblər:
• Ali təhsil (aidiyyatı sahə üzrə);
• Bank sahəsi üçün müasir informasiya texnologiyalarını araşdırmaq bacarığı;
• Texniki tapşırıq və təqdimatlar tərtib etmək bacarığı;
• Open Banking/PSD2 üzrə biliklər;
• HTTP protokolunun işləmə prinsipi üzrə anlayışlar;
• RESTful xidmətlər, Open API, OAuth/OpenID və GraphQL üzrə biliklər;
• XML və JSON formatları üzrə təcrübə;
• Veb, Mobil və ya İntranet üzrə MV-nin hazırlanması üçün Node.js, React Native, Python (Django), PHP/MySQL, Flutter və ya Ionic proqramlaşdırma dillərindən hər hansı biri ilə təcrübə;
• API strategiyası, Bulud (Cloud) texnologiyaları və platformaların ekosistemi üzrə məlumatlılıq;
• Dil bilikləri: Azərbaycan dili əla, İngilis dili əla, Rus dili arzuolunandır;
• Verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Sizə nə təklif edirik?
• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “İnnovasiyalar şöbəsinin mütəxəssisi” qeyd edərək [email protected] elektron ünvanına göndərə və ya müraciət etmək üçün aşağıdakı linkə daxil olub şəxsi kabinet yaradaraq müraciət edə bilər: (https://www.bankrespublika.az/user/az/login)
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.