SƏTTƏM üzrə Təlimçi

  • SMTS
  • Elanın qoyulma tarixi: 09.06.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

SƏTTƏM üzrə Təlimçi

Tələb olunan iş bacarığı:

- SƏTTƏM Departamentinin nəzdində fəailyyət göstərəcək Treyninq işinin təşkili, təlim proseduruna uyğun olaraq Təlim planının və müvafiq qeydlərin hazırlanması;
- SƏTTƏM üzrə ümümi və xüsusi təlimlərin (giriş təlimi, hündürlükdə görülən işlər, təhlükələrin müəyyən olunması və risklərin qiymətləndirilməsi, İşə İcazə təlimi, və s. işçi personala və subpodratçılara keçirilməsi;
- Təlimin sonunda təlimin qiymətləndirilməsinin aparılması;
- SƏTTƏM Departamentinin tələblərinə uyğun olan həftəlik hesabatın tərtib olunmasında təlim qeydlərinin daxil olunması;
- Təlim matrisasının hazırlanması.

Tələb olunan təhsil və biliklər:

- Ali təhsil (Texniki);
- SƏTTƏM üzrə Təlimçi olaraq Beynəlxalq tikinti layihələrində ən az 3 il (fasiləsiz) iş təcrübəsi;
- İSO 45001-2018 və ISO 14001 tələblərinə uyğun Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühitin qorunmasını təmin olunması ilə bağlı lazımı biliklərə malik olmaq.
- Azərbaycan və ingilis dillərində əla yazmaq, oxumaq və fikrini ifadə etmək qabiliyyəti olmalı;
- Təlimçi sertifikatı və IOSH, FHN olmalı;
- Komputer bacarıqları -Microsoft Office;
- İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, səliqəli, diqqətli, müstəqil və qrup daxilində işləmək bacarığı.

Digər tələb və şərtlər:

- Yaş həddi: 25-45 AZN
- Əmək haqqı 1000-2000 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
- İş rejimi: həftədə 6 gün, 09.00-dan 18.00-dək (nahar fasiləsi 2 saat)
- Nahar şirkət tərəfindən verilir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində [email protected] elektron ünvanına mövzu yerinə “SƏTTƏM üzrə Təlimçi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.