Satınalma üzrə Mütəxəssis

  • Avrora
  • Elanın qoyulma tarixi: 05.06.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

HAQQIMIZDA

Avrora Ticarət Şirkəti 01 noyabr 1993-cü ildə yaradılmışdır. Şirkət fəaliyyət istiqamətlərini genişləndirmək məqsədi ilə 2001-ci ildə Avrora MMC olaraq rebrendinq etmiş və yenidən qeydiyyatdan keçmişdir. Avrora fəaliyyətinə yerli və xarici zavod və fabriklərin istehsal etdikləri məhsulların ölkəmizdə dağıtımını həyata keçirməklə başlayıb. Avrora Qrup hal-hazırda ölkəmizin ən aparıcı distributor şirkətlərindən biridir.

Avrora Qrup öz fəaliyyətini hal-hazırda 2 istiqamətdə - Distributor və İstehsal üzrə davam etdirir. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin etibarlı partnyoru olan Avrora Grup-un portfoliosuna Danone, Ehrman, Rolton, Hochland, Chivas, Glenfiddich kimi aparıcı şirkətlər daxildir. Avrora distributor fəaliyyətini daha peşəkar və kəsintisiz həyata keçirmək üçün mərkəzi ofis Bakı olmaqla Gəncə, Lənkəran, Bərdə, Quba, Göyçay, Şəki və Saatlıda da lokal ofisləri fəaliyyət göstərir. Şirkətin ümumi sahəsi 20437 kv/m olan loqistika mərkəzləri vardır. Avrora Distribyuter hal-hazırda 12000-dən çox ticarət nöqtəsinə 800-dən çox brendin satışını həyata keçirir.

Avrora Qrup eyni zamanda Azərbaycanın aparıcı istehsal şirkətlərindən biridir. Avrora Qrup-un Makaron fabriki, Qənnadı fabriki, Qazlı içkilər fabriki və Un və yem istehsalı fabriki vardır.

Elan : “Satınalma üzrə Mütəxəssis

İşin qısa təsviri :

Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tender və təklif sorğularının keçirilməsinin təşkil edilməsi, istehsalatdan yönələn sorğuların icra edilməsi, sistemdə mövcud olan sifarişlərin təhlili və bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması.

Sizin əsas vəzifə öhdəlikləriniz :

• Satınalma sifarişlərinin qəbulu və təmin olunması;
• Tələb olunan mallar üzrə sifarişlərin hazırlanması;
• Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması;
• Şirkəti mal-material, xammal və avadanlıqlarla təmin edilməsi;
• Təchizatçı tərəflərlə işgüzar yazışma və danışıqların aparılması;
• Qiymət araşdırılması və tenderlərin həyata keçirilməsi;
• Müqavilələrin hazırlanması və nəzarətdə saxlanılması, müqavilədə-kommersiya şərtlərinin müəyyən olunmasına nəzarət olunması;
• PO və QMC-lərin hazırlanması və təsdiqə göndərilməsi;
• Struktur daxili müfaviq hesabatların hazırlanması.

Sizdən tələb olunan sahə üzrə səriştə və bacarıqlar :

• Satınalmalar üzrə mütəxəssis qismində böyük təcrübəyə malik olmalı;
• Təchizat zəncirinin idarə edilməsi və logistika sahəsində biliklərə sahib olmalı;
• Təchizatçıların axtarışı və idarəedilməsi üsulları ilə tanışlıq;
• Güclü təşkilatçılıq bacarığı;
• Analitik düşüncə;
• Xarici bazar qiymətlərinin təhlili və müqayisəli təhlil bacarığının olması;
• Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;
• Danışıqların aparılması sahəsində bacarıqlar.

Sizdən tələb olunan təhsil və iş təcrübəsi :

• Təhsil : Ali iqtisadi təhsil;
• İş təcrübəsi : Analoji sahə üzrə 3 illik;
• Dil bilikləri : İngilis və rus dillərini yaxşı səviyyədə bilməli.
• Kompüter bilikləri: MS Office proqramlarında (xüsusəndə Excel proqramı üzrə) yüksək səviyyədə biliklər.

Bizim iş şərtləri :

• İş qrafiki : Tam iş günü (5 gün);
• İş saatları: 09:00-18:00;
• İş yeri : Bakı şəhəri;
• Nahar şirkət tərəfindən təmin olunur;
• Tibbi Sığorta ilə təminat.

Biz nə təklif edirik :

• Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
• Təlim və inkişaf proqramlarının geniş çeşidi;
• Mükəmməl peşəkar komanda və mehriban mühit;
• Sağlamlıq və həyat sığortası.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satınalma üzrə Mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

İşəgötürənin reytinqi