Keyfiyyətə Nəzarət Departamentinin Mühəndisi (elektrik işləri üzrə)

  • SMTS
  • Elanın qoyulma tarixi: 02.06.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Keyfiyyətə Nəzarət Departamentinin Mühəndisi (elektrik işləri üzrə)

Tələb olunan iş bacarığı:

a) Layihənin mexanika bölümünü dərindən araşdırmaq və düzgünlüyünü yoxlamaq;
b) Elektrik layihələrini layihəçi və subpodratçı ilə müzakirə etmək;
c) Elektrik işləri üzrə subpodratçının işinin keyfiyyətinə nəzarət etmək;
d) Layihə cizgilərinin digər mühəndislik sahələri və memarlıq cizgiləri ilə koordinasiyasını təhlil etmək;
e) Layihə şirkətlərindən təhvil alınan mexaniki layihələrin standartlara uyğunluğunu, sistemin tam şəkildə
işləkliyini yoxlamaq və aşkar olunan problemli sahələri layihəçi şirkətlərə və öz rəhbərinə bildirmək;
f) Elektrik layihələri üçün seçilən cihaz və avadanlıqların seçiminin düzgünlüyünü yoxlamaq və layihəçi ilə görüş
təşkil edərək sistemlərin təhlilini aparmaq; Tikinti sahəsində mexaniki işlərin təhlili, yoxlanılması və koordinasiyanı təşkil etmək;
g) Elektrik avadanlıqları və cihazların təsdiq edilmiş layihə sənədləri və göstəriciləri əsasında spesifikasiyalarını təyin etmək;
h) Layihənin sonunda son texniki dəyərləndirməni və yoxlanmanı yerinə yetirmək;
i) Elektrik avadanlıqlarının quraşdırılması və onların testini idarə etmək;
j) Yeni layihələrə cəlb olunduqda, elektrik sistemləri üzrə ilkin analiz və dəyərləndirməni yerinə yetirmək;
k) Elektrik işləri üzrə texniki hesabatları yerinə yetirmək.

Tələb olunan təhsil və biliklər:

- Elektrik mühəndisiliyi ixtisası üzrə ali təhsil;
- Keyfiyyətə Nəzarət Mühəndisi (elektrik işləri üzrə) vəzifəsində ən az 3 il (fasiləsiz) iş təcrübəsi;
- Azərbaycan və ingilis dilləri əla səviyyədə bilməli
- Komputer bacarıqları -Microsoft Office, AutoCaD;
- Həssas və qısa yazılı ünsiyyət bacarıqları;
- Vaxt və resursların planlaşdırılması kimi təşkilati bacarıqlar;
- İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, səliqəli, diqqətli, müstəqil və qrup daxilində işləmək bacarığı;

Digər tələb və şərtlər:

- Yaş həddi: 25-50 
- Əmək haqqı 2000-2500 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
- İş rejimi: həftədə 6 gün, 09.00-dan 18.00-dək (nahar fasiləsi 2 saat)
- Nahar şirkət tərəfindən verilir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində [email protected] elektron ünvanına mövzu yerinə “KND mühəndisi (elektrik işləri üzrə)” yazaraq göndərmələri xahiş olunur.
Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.