Keyfiyyətə Nəzarət Departamentinin Mühəndisi (tikinti işləri üzrə)

  • SMTS
  • Elanın qoyulma tarixi: 02.06.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Keyfiyyətə Nəzarət Departamentinin Mühəndisi (tikinti işləri üzrə)

Tələb olunan iş bacarığı:

a) Layihənin xüsusiyyətləri, təsvirləri, metodikası və Keyfiyyətə nəzarət planları / prosedurlarını hazırlamaq; İşlərin yerinə yetirilmə metodunun hazırlanması və müştəri ilə razılaşdırılması;
b) İşin əhatə dairəsi üzrə Təftiş Test Planının hazırlanması və müştəri tərəfindən təsdiqlənməsi;
c) Layihənin bütün növ sənədlərin qeydiyyatı və bütün digər layihələrə aid xüsusi keyfiyyətə nəzarət hesabatları yaratmaq, yeniləmək və saxlamaq;
d) Müəyyən edilmiş tələblərə, standartlara və / və ya direktivlərə dair tamlığı və uyğunluğunu yoxlamaq;
e) Hesabatların və sənədlərin yoxlanılması və tələb olunan keyfiyyət sənədlərini toplamaq və göndərmək;
f) Tikinti sahəsində aparılan işlərin layihə tələblərinə, norma və standartlara uyğun olaraq həyata keçirilməsini təmin etmək və yerinə yetirilmiş işlərin qəbulunda iştirak etmək, növbəti işin başlanılmasına icazə vermək;
g) Uyğunsuzluq hesabatı, düzəldici və önləyici fəaliyyət (NCR, CAP) hesabatlarının hazırlanmasında və icrasında icraçılarla əməkdaşlıq edir və həyata keçirir. Verilmiş uyğunsuzluq və ya düzəldici önləyici hesabatlarını sistemli olaraq qeydiyyatını aparır və müvafiq düzəliş tədbirlərini müəyyən edir;
h) Testlərin, nəzarətin və yoxlamaların aparıldığından və icraçıların bütün lazımi layihə sənədlərindən istifadə edə biləcəyindən əmin olmaq;
i) Mühəndis kommunikasiya sistemlərinin sınaqdan keçirilməsi və istifadəsi üzrə koordinasiya etmək və sənədləşdirməni aparmaq;
j) İşin keyfiyyətinə təsir edən məsələləri həll etmək və / və ya işin keyfiyyətinə mənfi təsir edə biləcək zəruri  hallarda işi dayandırmaq;
k) Layihənin son dövrlərini və müştərinin razılığına təqdim olunmasını tərtib edin.
l) Ölçü alətlərinin kalibrasiyadan keçirilməsinə və müvafiq sertifikatların alınmasına nəzarət etmək;
m) Keyfiyyət nəzarət məqsədilə verilmiş müxtəlif tapşırıqların icrası;
n) Tikinti sahəsinə daxil olan materialların layihə uyğunluğunu yoxlamaq, tələblərə cavab vermədikdə isə materialın qəbulunu dayandırmaq;
o) KND meneceri tərəfindən vəzifələrin yerinə yetirilməsi, sifarişlərin və fərmanların vaxtında və səmərəli icrası üçün cavabdehlik daşıyır;
p) Məxfi informasiyanın və şirkət sirlərini saxlamağa məsuldur;
q) Əmək intizamına və daxili intizam qaydalarına riayət etməklə məsuliyyət daşıyır..

Tələb olunan təhsil və biliklər:

- Ali təhsil (İnşaat);
- Keyfiyyətə Nəzarət Mühəndisi (tikinti işləri üzrə) vəzifəsində ən az 3 il (fasiləsiz) iş təcrübəsi;
- Azərbaycan dilində əla yazmaq, oxumaq və fikrini ifadə etmək qabiliyyəti olmalı (İngilis və rus dillərini texniki səviyyədə bildikdə əmək haqqına müsbət təsir edəcəkdir.)
- Komputer bacarıqları -Microsoft Office, AutoCaD;
- Həssas və qısa yazılı ünsiyyət bacarıqları;
- Vaxt və resursların planlaşdırılması kimi təşkilati bacarıqlar;
- İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, səliqəli, diqqətli, müstəqil və qrup daxilində işləmək bacarığı;

Digər tələb və şərtlər:

- Yaş həddi: 25-35 
- Əmək haqqı 2000-2500 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
- İş rejimi: həftədə 6 gün, 09.00-dan 18.00-dək (nahar fasiləsi 2 saat)
- Nahar şirkət tərəfindən verilir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində [email protected] elektron ünvanına mövzu yerinə “KND mühəndisi (tikinti işləri üzrə)” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.