Vakansiya: Coğrafiya müəllimi
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin İngilis Bölməsinə Coğrafiya müəllimi vəzifəsi üçün vakansiya mövcuddur.
Tələblər:
• Coğrafiya müəllimliyi ixtisası üzrə Bakalavr dərəcəsi
• İngilis dili bacarığı (minimum B2)
Əsas vəzifələr:
• Coğrafiya fənninin həftəlik tədrisi (12-14 saat)
• Beynəlxalq Kembric Proqramı (IGCSE) üzrə dərsləri təşkil etmək
• Milli Kurikulum (DİM proqramı) istiqamətində dərsləri təşkil etmək
• Dərs proqramını hazırlamaq
• Fənnin tədrisi ilə bağlı hesabatları hazırlamaq və bölmə rəhbərinə təqdim etmək
Namizəddə axtarılan xüsusiyyətlər:
• İxtisas üzrə ən azı 2 il iş təcrübəsi
• Yüksək ingilis dili
• 10-17 yaşlı şagirdlərlə işləmə həvəsi və bacarığı
• Pedaqoji kollektivlə işləmə bacarığı
• Beynəlxalq tədris proqramları (Cambridge International) üzrə məlumatlılıq
• Məktəbin təlim-tədris və sosial fəaliyyətlərinə töhfə verməsi
Namizədi seçimlərdə fərqləndirən üstünlüklər:
• 500+ Universitet qəbul balı
• Bakalavr İxtisası üzrə yüksək qiymətlər
• Yüksək ingilis dili bacarığı
• Coğrafiya fənninin metodologiyası üzrə təcrübəsi
• Xaricdə təhsil təcrübəsi
Qeyd: CV göndərmək istəyən namizəd aşağıdakı linkə daxil olub göndərə bilər.
https://www.21esr.com/career/jobaz/vacancy/24-cografiya-muallimi